• 19 Mart 2025
logo
Ziyad Səmədzadə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

Ziyad Səmədzadə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

Prezident İlham Əliyev Z.Ə.Səmədzadənin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və iqtisad elminin inkişafında xidmətlərinə görə Ziyad Əliabbas oğlu Səmədzadə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilir.