• 21 Sentyabr 2020
logo
Azərbaycan pandemiya dövründə ilk gündən düzgün kommunikasiya sisteminin qurulmasına xüsusi önəm verdi - Ceyhun Məmmədov

Azərbaycan pandemiya dövründə ilk gündən düzgün kommunikasiya sisteminin qurulmasına xüsusi önəm verdi - Ceyhun Məmmədov

Pandemiya dövründə ən vacib məsələlərdən biri də düzgün kommunikasiya sisteminin qurulması idi.

Bunu Trend-ə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

C.Məmmədov bildirib ki, Azərbaycan ilk gündən bu məsələyə xüsusi önəm verdi:

"Azərbaycan hökuməti bu kommunikasiyanı düzgün qurmaq üçün ilk öncə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Qərargah proseslərə adekvat reaksiya verdi. Müxtəlif dövlət qurumlarının iştirakı ilə tez-tez brifinqlər keçirildi. İnsanları gündəlik narahat edən məsələlər barədə ictimaiyyət davamlı maarifləndirildi.

Böhran dövründə çətinlik yaradan məsələlərdən biri də canlı görüşlərlə bağlı məsələ idi. Bu məsələyə da Prezident Administrasiyası operativ reaksiya verərək bu görüşlərin onlayn keçirilməsinin mexanizmini işləyib hazırladı.

Bu görüşlərin "skype", "whatsapp" və digər proqramlar vasitəsilə həyata keçirilməsinə başlanıldı. Düzgün kommunikasiyanın qurulması nəticəsində görüşlərin effektivliyi təmin olundu".

Deputat vurğulayıb ki, bu dövrdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan xalqına etdikləri çağırış və müraciətlər, Prezidentin bir sıra müəssisələrin aşılışındakı çıxışları da kommunikasiyanı daha da asanlaşdırdı: "Dövlətin gördüyü tədbirlər barədə ictimaiyyət geniş məlumatlandırıldı.

Həmçinin Milli Məclisin deputatlarının, ziyalıların mediada çıxışları da bu işə öz töhfəsini verdi. Deputatlar davamlı olaraq cəmiyyətin maarifləndirilməsində aktiv iştirak etdilər. Düzgün kommunikasiya sisteminin qurulmasında kütləvi informasiya vasitələri də mühüm rol oynadılar. Davamlı olaraq geniş təbliğat işi aparıldı. Azərbaycan hökuməti kommumikasiya işinin qurulmasında sosial şəbəkələrin imkanlarından da geniş istifadə etdi. Davamlı olaraq buradan əhalinin maarifləndirilməsi həyata keçirilidi. Davamlı təbliğat işi aparıldı. Əsas məqsəd və hədəflər barədə cəmiyyət geniş məlumatlandırıldı.

Şübhəsiz ki bu dövrdə müəyyən qüvvələr dövlətin həyata keçirdiyi tədbirlərə kölgə salmağa çalışdılar. Ancaq qurulan düzgün kommunikasiya işi və həyata keçirilən tədbirlər sayəsində bu qruplar öz məqsədlərinə nail olmadılar".