• 19 Sentyabr 2020
logo
Azərbaycan hərbçiləri Moskvadakı paradda iştirak edib

Azərbaycan hərbçiləri Moskvadakı paradda iştirak edib

Azərbaycan hərbçiləri Rusiyanın paytaxtı Moskvada Böyük Vətən Müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunan hərbi paradda iştirak edib.

Bakıda yekunlaşan hazırlıq məşqlərini hərbi qulluqçularımız digər ölkələrin parad heyətləri ilə Moskvada davam etdirib.

Moskvada İkinci dünya müharibəsində qələbənin 75-ci ildönümü ilə əlaqədar hərbi parad keçirilir.

Bu ilki paradda 15 min hərbçi, 234 ədəd hərbi texnika, 80 təyyarə və helikopter iştirak edir.

Parada Azərbaycan, Ermənistan, Belarus, Özbəkistan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Moldova, Monqolustan, Serbiya, Tacikistan və Türkmənistan hərbçiləri də qatılıb.

Qeyd edək ki, hərbi parad ənənəvi olaraq 9 may Qələbə günündə keçirilsə də, bu il koronavirus pandemiyası ilə əlaqədar təxirə salınmışdı.