• 27 İyul 2024
logo
Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir

Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir

Küveyt Dövlətinin Baş Naziri Sabah Xalid əl-Həməd əl-Sabahdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib:

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Dost Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan sevinc hissi duyur, Sizə uzun ömür, cansağlığı, dost xalqınıza davamlı inkişaf və firavanlıq diləyirəm.

Bu xoş fürsətdən istifadə edərək, dost xalqlarımız arasında mövcud olan ikitərəfli əməkdaşlıq əlaqələrindən məmnunluğumu ifadə edirəm".

X X X

Şimali Makedoniya Respublikasının Prezidenti Stevo Pendarovskidən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib:

Trend-in məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Şimali Makedoniya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi və ölkənizə tərəqqi arzularımı çatdırmaqdan xüsusi şərəf və məmnunluq duyuram.

Eyni zamanda, bu xoş fürsətdən istifadə edərək, Şimali Makedoniya ilə Azərbaycan arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlıq münasibətlərinin daha da inkişafı və dərinləşməsinə ümidvar olduğumu bildirmək istəyirəm.

Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin".