• 27 İyul 2024
logo
“Türkiyə Liviyanın ərazi bütövlüyünün təmin edilməsinin tərəfdarıdır”

“Türkiyə Liviyanın ərazi bütövlüyünün təmin edilməsinin tərəfdarıdır”

Hulusi Kılıç: “Türkiyə Liviyanın Qəddafi dövründəki ərazi bütövlüyünün təmin edilməsinin tərəfdarıdır”

2013-cü ildə hərbi çevrilişlə hakimiyyətə gələn Əbdül Fəttah əs Sisinin dünən Misir Hava Qüvvələri birliklərini ziyarəti zamanı dilə gətirtiyi təxribat xarakterli açıqlamaları şiddətlə pisləyirik. Belə açıqlamalar Liviyanın daxili işlərinə qarışmaq və müharibə elan etmək anlamına gəlir."
Bu fikirlərı Türkiyənin Azərbaycandakı keçmiş səfiri, nüfuzlu diplomat Hulusi Kılıç deyib. Diplomatın sözlərinə görə, Liviyada BMT tərəfindən tanınan, Türkiyə və İtalya kimi bir çox dövlətin əməkdaşlıq etdiyi qanuni bir hökumət olduğu halda, Sisinin bu təxribatçı açıqlamalarıyla, ölkəni bölməyə çalışan muzdlu əsgərlərə rəhbərlik edən qiyamçı Xəlifə Haftarın olduğunu, Liviyanın bölünməsini və terroru dəstəklədiyini və beynəlxalq ictimaiyyəti heçə saydığını açıq şəkildə göstərir: “Sisinin seçki yolu ilə hakimiyyətə gələn Məhəmməd Mursinin hökumətində müdafiə naziri vəzifəsini tutduğu zaman dövlət başçısına xəyanət edərək 2013-cü ildə hərbi çevrilişlə hakimiyyətə gəldiyini bilirik.
Görünür Türkiyənin Liviyanın qanuni hökuməti ilə əməkdaşlığının nəticəsi olaraq Aralıq dənizində əldə etdiyi qanuni hüquqlar və güclü mövqe başda Misir olmaqla bəzi bögə ölkələrini də narahat edir.
Liviyanın qanuni hökumətinin dəvəti ilə bu ölkəyə gedən Türkiyə Hərbi Qüvvələrinin birlikləri Liviyada sülhü və əmin-amanlığını dəstəkləyir. Türkiyə Liviyanın Qəddafi dövründəki ərazi bütövlüyünün təmin edilməsinin tərəfdarıdır. Bəzi xarici güclərin maliyyə dəstəyi verdiyi Haftarin ölkəni bölmək məqsədilə həyata keçirdiyi terror fəaliyyətini pisləyir və qardaş qanının tökülməsinə son verilməsini istəyirik.
Türkiyə hər zaman sülhün, beynəlxalq hüququn və ədalətin tərafdarı olub. Ancaq Sisi bilməlidir ki, Türkiyənin maraqlarına qarşı ola biləcək hər hansı bir yanlış hərəkət ona böyük zərər verəcək.
Beynəlxalq ictimaiyyət Əbdül Fəttah əs Sisinin bölgədəki durumu daha da pisləşdirəcək açıqlamalar verməyəcəyini və addımlar atmayacağını gözləyir”.