• 24 Sentyabr 2020
logo
Atəşkəs rejimi 24 dəfə pozulub

Atəşkəs rejimi 24 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.

Baymedia.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Tağıbəyli və Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan və Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.