• 24 Sentyabr 2020
logo
“Elektron nəzarət vasitəsinə xidmət etmək vətəndaşın öhdəliyi kimi göstərilir”

“Elektron nəzarət vasitəsinə xidmət etmək vətəndaşın öhdəliyi kimi göstərilir”

Qüdrət Həsənquliyev: “O bu cihazı xarab etsə, necə təmir etdirəcək?”

“Elektron qolbaqlara xidmət etmək vəzifəsini həmin məhkumun üzərinə qoymaq məsələsi anlaşılmazdır”. Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyasının (BAXCP) sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Parlamentin növbədənkənar plenar iclasında səsələndirib. Millət vəkili bildirib ki, qanun layihəsində elektron nəzarət vasitəsinə xidmət etmək vətəndaşın öhdəliyi kimi göstərilir: “O bu cihazı xarab etsə, necə təmir etdirəcək? Bunu dövlət qurumu özü həll etməlidir”.