• 25 Sentyabr 2020
logo
Əli Hüseynli: “İcra məmurlarının əməkhaqqı çox azdır”

Əli Hüseynli: “İcra məmurlarının əməkhaqqı çox azdır”

“Bu gün cəza siyasəti humanistləşdirilib, həbs qətimkan tədbirinin yerinə isə digər cəza növləri seçilir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) müzakirəsi zamanı I vitse-spiker Əli Hüseynli deyib.

O bildirib ki, bu gün elektron nəzarət vasitələrini daşıyan məhkumların sayı 3000-dən çoxdur: “Bu gün probasiya ilə məşğul olan icra məmurlarının əməkhaqqı çox aşağıdır. Bu baxımdan qanun layihəsində təklif edilən vəsaitin icra məmurlarının maddi vəziyyətinin yaxşılaşdırılmasına yönəldilməsi təqdirəlayiqdir. Bu vəsaitdən istifadə qaydası Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək”.