• 19 Mart 2024
logo
Azərbaycan hərbçiləri "Beynəlxalq Ordu Oyunları-2019"da iştirak edəcək

Azərbaycan hərbçiləri "Beynəlxalq Ordu Oyunları-2019"da iştirak edəcək

Azərbaycan hərbçiləri avqustun 3-dən 17-dək 10 dövlətin ərazisində keçiriləcək “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarında ölkəmizi təmsil edəcəklər.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan hərbçiləri ölkəmizdə “Dəniz kuboku”, Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları”, Belarusda “Snayper həddi” və Özbəkistanda təşkil olunacaq “Hərbi-tibbi estafet” müsabiqələrində iştirak edəcək.