• 21 Sentyabr 2020
logo
Prezident İlham Əliyevlə Dünya Bankının yeni vitse-prezidenti və digər nümayəndələri arasında videokonfrans keçirilib

Prezident İlham Əliyevlə Dünya Bankının yeni vitse-prezidenti və digər nümayəndələri arasında videokonfrans keçirilib

Dünya Bankının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bankın Avropa və Mərkəzi Asiya regionu üzrə yeni təyin olunan vitse-prezidenti Anna Byerde, Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus və bankın digər nümayəndələri arasında videokonfrans keçirilib.

Videokonfransda Azərbaycan tərəfdən Prezidentin köməkçisi Natiq Əmirov və Mərkəzi Bankın sədri Elman Rüstəmov iştirak ediblər.

1 / 5