• 19 Mart 2024
logo
Türkiyənin Azərbaycandakı sabiq səfirindən Avropa İttifaqına etiraz

Türkiyənin Azərbaycandakı sabiq səfirindən Avropa İttifaqına etiraz

Hulusi Kılıç: “Avropa İttifaqının önümüzdəki günlərdə sağlam mövqedən çıxış edərək, bu qərarlardan vaz geçəcəyini gözləyirik”
“Türkiyə, İngiltərə və Yunanıstan Kiprin 3 qarantor ölkəsidir. Bu mənada Avropa İttifaqının Kiprlə bağlı söz söyləmə haqqının olmadığını düşünürəm”.
Bu fikirləri Türkiyənin Azərbaycandakı və Moldovadakı keçmiş səfiri Hulusi Kılıç Avropa İttifaqının Türkiyəyə sanksiya tətbiq etməsini “Yeni Müsavat”a şərh edərkən bildirib.
Diplomat xatırladıb ki, Avropa İttifaqı ölkələri NATO-nun üzvləridir: “NATO-nun ən önəmli üzvü Türkiyəyə qarşı sanksıya tətbiq olunması düzgün deyil. Eyni zamanda Türkiyə, Avropa İttifaqına üzv ölkədir. Güney Kiprin yunan lideri Nikos Anasasiadis Quzey Kipr Türk Cümhuriyyəti (QKTC) prezidenti Mustafa Akıncının “ortaq komitə quraq-əlaqələndirək” təklifini rədd etdi. Bütün bunlar Avropa İttifaqının aldığı sanksiya qərarının yanlış olduğunu göstərməkdədir”.
H.Kılıç əlavə edib ki, bu qərarlar Kipr probleminin həllini də çətinləşdiriəcək, həmçinin adada yaşayan iki xalq arasında soyuqluq və gərginlik yaşadacaq: “Bildiyiniz kimi, 2004-cü ildə adadakı iki xalq təklif edilən BMT-nin “Annan planı”na Kipr türkləri “bəli” deyərkən, yunanlar “xeyr” dedilər. “Annan planı”nı rədd etmələrinə rəğmən, Güney Kipr Avropa Birliyinə qəbul edildi. Yunanlar Avropa İttifaqı üzvü olduqdan sonra, Yunanıstanın da dəstəyilə uzlaşmaz bir tutum almaya başladı”.
Türkiyə diplomatının fikrincə, təəssüf ki, bu gün gəlinən Güney Kiprin Avropa Birliyini öz maraqlarına alət etdiyini görməkdəyik: “Quzey Kipr Türk Cümhuriyyətinin Baş naziri Ersin Tatar verdiyi açıqlamada Avropa Birliyinin qərarlarını utanc vəsiqəsi olaraq dəyərləndirdi. Avropa İttifaqının Türkiyəyə qarşı aldığı sanksıya qərarları bir tərəfdən İttifaqın etibarını zədələyib, digər tərəfdən Türk xalqının Avropa Birliyinə güvəninin azalmasına səbəb olub. Türk Dünyasının da alınan bu qərarlardan rahatsızlık duyduğunu düşünürəm. Avropa İttifaqının qəbul etdiyi qərarların simvolik özəlliyi var”.
H.Kılıç qeyd edib ki, bu qərarları həyata keçirilməsi mümkün olmayan və Türkiyəni narahat etməyəcək addımlar olaraq qiymətləndirilir: “Türkiyənin öz qitə sahəsində və Quzey Kipr Türk Cümhuriyyətinin sahil sularında qazma və seysmik araşdırmaları aparan “Fatih”, “Yavuz” və “Oruç Reis” araşdırma gəmilərinə əlavə olaraq 4 gəmi göndərməyə hazırlaşdığı anlaşılmaqdadır. Türkiyə öz qitə sahəsində nə edəcəyinə qərar vermə haqqına sahibdir. Türkiyə türk xalqının və Kipr türklərinin haqlarını və mənfəətini nəyin bahasına olursa-olsun qorumağa qərarlıdır. Qısası, xarici işlər nazirimiz Mövlud Çavuşoğlunun ifadə etdiyi kimi, Avropa İttifaqı rum və yunan cütlüyünün basqılarının nəticəsi dağıdıcı qərarlar vermiş olub, bunların tətbiq olunması çətin görünməkdədir. Avropa İttifaqının önümüzdəki günlərdə sağlam mövqedən çıxış edərək, bu qərarlardan vaz geçəcəyini gözləyirik”.