• 25 Sentyabr 2020
logo
Borrell: “Aİ dinc qonşuluq münasibətlərinin təhlükəsizliyində maraqlıdır”

Borrell: “Aİ dinc qonşuluq münasibətlərinin təhlükəsizliyində maraqlıdır”

“Şərq Tərəfdaşlığı” proqramı 11 ildir ki, Avropa İttifaqı və altı tərəfdaşımız (Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna) arasında əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayır. Bu, Aİ xarici əlaqələrinin ən vacib cəhətlərindən biridir”.
Bu, Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin “Şərq Tərəfdaşlığı” ilə bağlı məqaləsində yer alıb.
“Şərq Tərəfdaşlığı” ölkələri islahat proqramlarını fərqli templə davam etdirir və onlarla münasibətlərimiz keyfiyyət və intensivliyi ilə fərqlənir. Əlbəttə ki, 72 milyon əhalisi olan Avropa İttifaqı üçün vacib geosiyasi amildir. “Şərq Tərəfdaşlığı” ölkələrinin əksəriyyətində ərazi bütövlüyü və ya öz ərazilərində qarşıdurma problemi var. Xüsusilə Ukrayna bir neçə ildir ki, böyük böhran keçirir. Avropa İttifaqı dinc qonşuluq münasibətlərinin təhlükəsizliyində maraqlıdır, əlaqədar məsələlərin, münaqişənin sülh yolu ilə həllinə kömək edir”, - deyə məqalədə qeyd olunub.