• 29 Sentyabr 2020
logo
Prezident İlham Əliyev II Elizabetə təbrik göndərib

Prezident İlham Əliyev II Elizabetə təbrik göndərib

Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetə təbrik ünvanlayıb.
Təbrikdə deyilir: "Ülyahəzrət,
Ölkənizin milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizi və Birləşmiş Krallığın dost xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xalqınıza daim rifah arzulayıram".