• 30 Sentyabr 2020
logo
Azərbaycan-Gürcüstan parlamentlərarası qrupunun üzvləri ilə Gürcüstan səfirinin görüşü olub

Azərbaycan-Gürcüstan parlamentlərarası qrupunun üzvləri ilə Gürcüstan səfirinin görüşü olub

İyunun 11-də Milli Məclisdə Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze ilə görüş keçirildi.
Trend-in məlumatına görə, qrupun rəhbəri Arzu Nağıyev qonaqları salamlayaraq, bildirib ki, ölkələrimiz arasında münasibətlərin inkişafında qarşılıqlı səfərlər mühüm rol oynayır.
O, Gürcüstanla siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığımızın yüksələn xətlə inkişaf etdiyini söyləyib. Millət vəkili ölkələrimiz arasında olan tarixi dostluq münasibətindən danışıb. Strateji tərəfdaşlıq məsələlərinə toxunaraq bildirdi ki, mövcud birgə layihələr nəticəsində iki ölkə arasındaki münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlib.
Sonra millət vəkili parlamentin qanun yaradıcılığı prosesindən söz acdı. Prezident İlham Əliyev tərəfindən aparılan islahatlardan danışdı. Deputat Dağlıq Qarabağ münaqişəsi barədə söhbət açaraq söylədi ki, torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal olunub. Biz problemin beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdarıq.
Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze səmimi görüşə görə dostluq qrupunun üzvlərinə minnətdarlığını bildirdi. Hər iki ölkənin əldə etdiyi nailiyyətlərindən danışan səfir dedi ki, Azərbaycan Gürcüstanın ən böyük investorlarından biridir. Qarşılıqlı səfərlər əlaqələrimizin möhkəmlənməsinə töhfə verir. Gürcüstan gələcəkdədə Azərbaycanla həyatın ən müxtəlif sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Görüşdə Gürcüstan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Əminə Ağazadə, Məzahir Əfəndiyev, Naqif Həmzəyev, Tural Gəncəliyev ikitərəfli əməkdaşlığın inkişafı barədə öz fikirlərini açıqladılar.