• 19 Mart 2024
logo
Qazaxıstanın Azərbaycandakı səfiri geri çağırılıb

Qazaxıstanın Azərbaycandakı səfiri geri çağırılıb

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ölkənin Azərbaycandakı səfiri Beybit İsabayevi geri çağırıb.
Trend-in məlumatına görə, imzalanan sərəncamla səfir Qazaxıstan Prezidentinin parlamentdəki nümayəndəsi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Beybit İsabayev Azərbaycanda 2015-2019-cu illərdə səfir vəzifəsində çalışıb. Bundan öncə o, Qazaxıstanın Qırğızıstan, Pakistan və Türkiyədəki səfiri vəzifəsində çalışıb.