"Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi, ifa edilən zaman əsgəri salam verilməsi, dinlənilməsi və oxunması Qaydaları" təsdiq edilib.
Bu barədə Dövlət Gömrük Komitəsinin Kollegiyası qərar verib.
Qərarda Gömrük orqanlarının Dövlət Himninin mütləq ifa edildiyi hallar açıqlanıb. Qeyd edilib ki, Azərbaycanın bayramlarına həsr olunmuş təntənəli yığıncaqların, iclasların açılışı və bağlanışı, dövlət və xalq üçün mühüm tarixi hadisələr olduqda, gömrük orqanlarının vəzifəli şəxslərinin peşə bayramı ilə bağlı keçirilən tədbirlərdə, gömrük orqanlarında xidmətə qəbul olunmuş şəxslərin andiçmə mərasimi zamanı və digər tədbirlərdə Dövlət Himni mütləq ifa edilməlidir.