• 20 Sentyabr 2020
logo
Milli Məclisin sədri beynəlxalq parlament təşkilatları üzrə nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb

Milli Məclisin sədri beynəlxalq parlament təşkilatları üzrə nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarovanın beynəlxalq parlament təşkilatları üzrə nümayəndə heyətlərinin rəhbərləri ilə ilk görüşü baş tutub.
Bu barədə Milli Məclisin sədri Sahibə Qafarova məlumat verib.
O qeyd edib ki, virtual formatda keçirilən görüş beynəlxalq fəaliyyətin daha səmərəli həyata keçirilməsi və heyətlər arasında əlaqələndirmənin daha yaxşı qurulması üçün hərtərəfli fikir mübadiləsi ilə yadda qalan olub:
“Davamlı xarakter alacaq bu format üzrə ilk görüşdə iştirak edən və dəyərli ideyaları ilə müzakirələrə töhfə verən millət vəkili həmkarlarıma təşəkkür edir, milli maraqlarımızın müdafiəsi naminə göstərəcəkləri fəaliyyətlərində uğurlar arzu edirəm”.