• 23 Sentyabr 2020
logo
Elmar Məmmədyarov: "Azərbaycan 15-ə yaxın ölkəyə humanitar yardım göstərib"

Elmar Məmmədyarov: "Azərbaycan 15-ə yaxın ölkəyə humanitar yardım göstərib"

“Azərbaycan Respublikası dünyanın 15-ə yaxın ölkəsinə humanitar yardım göstərib”.
Bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İcraiyyə Komitəsinin xarici işlər nazirləri səviyyəsində keçirilən, “İsrailin işğalçı hökumətinin 1967-ci ildə işğal olunmuş Fələstin Dövlətinin ərazilərinin bir hissəsini ilhaq etmək təhlükəsi” ilə bağlı növbədənkənar açıq virtual iclasında çıxış zamanı deyib.
“İnsanların əzab-əziyyətlərinin yüngülləşməsinə yardımçı olmaq və Fələstində yeni növ koronovirusun yayılmasının qarşısını almaq üçün göstərilən səyləri dəstəkləmək məqsədilə Fələstin Qaçqınlarına Yardım və İşlərin təşkili üzrə BMT-nin Agentliyinə (UNRWA) 2020-ci ildə 300.000 ABŞ dolları məbləğində töhfə verdik”, - deyə E. Məmmədyarov vurğulayıb.