• 27 Sentyabr 2020
logo
Bələdiyyə qərarlarının bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərilmə müddəti azaldılır

Bələdiyyə qərarlarının bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərilmə müddəti azaldılır

Bələdiyyə qərarlarının bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərilmə müddəti dəyişir.

Bu, Milli Məclisin Regional məsələlər komitəsində iyunun 11-də müzakirəyə çıxarılacaq “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, bələdiyyələr qərar qəbul etdiyi andan 5 gündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərəcəklər. İndiyə qədər bu müddət 15 gün olub.

Analoji məzmunda dəyişiklik “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanuna da təklif edilir.