• 21 Sentyabr 2020
logo
Avronest PA-nın onlayn Büro iclası keçirildi

Avronest PA-nın onlayn Büro iclası keçirildi

İyunun 9-da saat 12.30-da Avronest Parlament Assambleyasının onlayn formada Büro iclası baş tutub.

Modern.az-ın xəbərinə görə, videokonfrans formatında keçirilən iclasda Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Azər Kərimli iştirak edib.

Videokonfransda 18 iyun 2020-ci il tarixində keçiriləcək Şərq Tərəfdaşlığı Sammitinə ünvanlanacaq müraciət layihəsi müzakirə olunub.

İclas zamanı Azər Kərimli müraciət layihəsi ilə əlaqədar çıxış edib və Azərbaycan nümayəndə heyətinin etdiyi düzəlişləri tərəflərin diqqətinə çatdırıb.