• 20 Sentyabr 2020
logo
“AŞPA ölkəmizə qarşı qərəzli və düşmən mövqedədir”

“AŞPA ölkəmizə qarşı qərəzli və düşmən mövqedədir”

Musa Qasımlı: “Prezident İlham Əliyev haqlı olaraq bu qurumun iç üzünü açan, ifşaedici məqamlara toxundu”

“Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində işğal edilmiş ərazilərimizdə süni surətdə təşkil edilmiş qondarma rejimin keçirdiyi seçkilər Azərbaycan qanunlarına və beynəlxalq hüquqa ziddir”. Bunu “Xalq cəbhəsi”nə açıqlamasında millət vəkili Musa Qasımlı deyib. Millət vəkili əlavə etdi ki, dünya birliyi Azərbaycan Respublikasının dövlət müstəqilliyini işğal edilmiş ərazilər də daxil olmaqla tanıyıb və Azərbaycan dövləti həmin sərhədləri ilə beynəlxalq təşkilatlara üzv qəbul edilib: “Beynəlxlaq arenada Azərbaycanın mövqeyi güclüdür və getdikcə daha da güclənir. Azərbaycanın ərazi bütövlüyü tanınınr. Sadəcə onu deyə bilərəm ki, AŞPA ölkəmizə qarşı qərəzli və düşmən mövqedədir. Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı rayonun bir qrup idmançısı qarşısında çıxışı zamanı Prezident İlham Əliyev haqlı olaraq bu qurumun iç üzünü açan, ifşaedici məqamlara toxundu. Dövlət başçımızın Dağlıq Qarabağla bağlı qətiyyətli mövqeyi var və bu xalqımızda torpaqlarımızın bir qarışının belə işğalda qalmayacağına əminlik yaradır. Azərbaycan haqlı tərəfdir və biz, gez-tez öz tarixi torpaqlarımızı işğaldan azad edəcəyik”.

Əli