• 29 Mart 2024
logo
“ASAN” vətəndaşlara xidməti asanlaşdıran bir layihədir

“ASAN” vətəndaşlara xidməti asanlaşdıran bir layihədir

“Azərbaycanda “ASAN xidmət” dövlət qurumlarında mövcud olan fıkir və fəaliyyətə yenilik gətirdi. Bu xidmət vətəndaşlarımızın işini asanlaşdırdı, süründürməçiliyə son qoydu, vaxt itkisinin qarşısını aldı”.
Bunu “Xalq Cəbhəsi” qəzetinə açıqlamasında QHT sədri, ictimai fəal Emin Əliyev Ağcabədidə “ASAN Həyat” kompleksi açılışında Azərbaycan Prezidenti İlham Əliyevin xidmətin fəaliyyəti ilə bağlı söylədiyi fikirlərə münasibətində açıqlayıb.
E.Əliyevin fikrincə, ASAN xidmət eyni zamanda dövlət qurumları tərəfindən göstərilən xidmətlərin yaxşılaşdınlması və təkmilləşdirilməsinə, əsas etibarilə, həyata keçirilən tədbirlərin icra mexanizminin yaxşılaşdınlması, xidmət mərkəzlərinin yüksək səviyyədə idarə olunmasına təkan verib: ““ASAN xidmət” mərkəzlərinin dövlət qurumları tərəfındən göstərilən xidmətlərin vahid məkandan idarə olunması və qabaqcıl təcrübənin formalaşdırması baxımından böyük əhəmiyyət kəsb edir. Bunun nəticəsidir ki, Azərbaycanda qısa müddət ərzində 19 “ASAN xidmət” mərkəzi istifadəyə verilib və fəaliyyət göstərir, daha səkkiz mərkəzin tikintisi nəzərdə tutulur. “ASAN xidmət”in fəaliyyətə başladığı dövrdən indiyə qədər təxminən 38 milyon müraciət olunub. Bu xidmətin fəaliyyətini ən gözəl əks etdirən fakt odur ki, vətəndaşların bəyənmə dərəcəsi 99,4 faizdir. İlk fəaliyyəti dönəmdə xidmətlərin sayı100-ə qədər idi, indi isə 320-dir”.
E.Əliyev onu da vurğulayıb ki, “ASAN xidmət” vətəndaşların vahid və əlaqələndirilmiş formada, habelə çevik şəkildə və yüksək keyfiyyətlə dövlət orqanlarının xidmətlərindən yararlanması məqsədilə yaradılıb: “Üstünlükləri çoxdur, məsələn, xidmətlərin ölkədə yeni islahat qismində qiymətləndirilməsi və bu islahatm nəticəsi sayılması, vahid inzibati binada dövbt orqanları tərəfındən vaxt itkisi olmadan vətəndaşlara xidmətlərin göstərilməsi, özəl sektorun bəzi sahələrinə çıxış imkanlarının təmin olunması, bürokratiya və korrupsiyanın qarşısının alınması, şəffaflığın təmin olunması və s. Bir sözlə, “ASAN xidmət”in fəaliyyəti Azərbaycanda innovasiyaların inkişafına da çox böyük təkan verib”.
Cavid