• 24 Aprel 2024
logo
Bu gecə atəşkəsin pozulması nəticəsində “Qa¬zax” sərhəd dəstəsinin əsgəri yaralanıb

Bu gecə atəşkəsin pozulması nəticəsində “Qa¬zax” sərhəd dəstəsinin əsgəri yaralanıb FOTO

Dövlət Sərhəd Xidməti (DSX) Ermə¬nistan Silahlı Qüv¬vələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması barədə məlumat yayıb.
DSX-dən verilən məlumata görə, 18 iyul 2019-cu il tarixdə saat 00:20 radələrində Ermə¬nistan Silahlı Qüv¬vələrinin bölmələri tərəfindən Ermənistanın No¬yem¬ber¬yan rayonunun Zorakan kəndi istiqamətindən iri çaplı silah¬lardan atəş açılmaqla atəş¬kəs rejimi pozulub, Qazax rayonunun II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqeləri atəşə tutulub. Cavab atəşi ilə düşmən susdurul¬ub.
Hadisə zamanı Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun¬la¬rının “Qa¬zax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqəsində dö¬yüş növbəsində xidmət aparan əsgər Ceyhun Bay¬ra¬mov yaralanıb. Sər¬hədçi əsgərə dərhal təxi¬rə¬sa¬lın¬maz tibbi yardım göstərilib və hazırda həyatı üçün təh¬lükə yoxdur.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Qu¬li¬yev hadisə yerində olub, sərhəd döyüş məntəqəsinin şəxsi he¬yəti ilə görüşüb, xidməti-döyüş fəaliyyətinin daha da güclən¬diril¬məsi istiqamətində müvafiq tapşırıqlar verib.