• 30 Sentyabr 2020
logo
"Ordumuz susduqca, Avropa da susacaq, ədalətsizliklərə göz yumacaq”

"Ordumuz susduqca, Avropa da susacaq, ədalətsizliklərə göz yumacaq”

Ermənilər Qarabağda qondarma seçkilər keçrilməklə Avropa Birliyinə mənafelərinə uyğun müqəddaratlarını həll etdiklərini anladırlar.
Bunu “Xalq Cəbhəsi” qəzetinə açıqlamasında Niderland Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli deyib.
Onun fikrincə, 1995-ci ildən aparılan danışıqlar heş bir nəticə vermir, danışıqlar mövzusunda Azərbaycan ərazisinin, suverenliyinin bərpasına nail olmağa çalışır: “Biz torpaqlarımızı yalnız danışıqlar vasitəsilə bərpasına çalışsaq da, ermənilər Qarabağda qondarma seçkilər keçirməklə “müstəqil”liklərini bəyan edirlər və eyni zamanda münaqişənin həlli prosesini uzadırlar. Bu isə ermənilərin maraqlarına uyğundur. Proses uzandıqca ermənilər Avropada prosesin həllinə müdaxilə ümün yeni siyasi güclər axtarırlar”.
E.Mirhəşimli qeyd edib ki, zaman-zaman dünyada proseslər dəyişir, yeni siyasi fiqurlar meydana çıxır. Necə ki, Amerikada Tramp Qüdsü İsrail torpağı, Rusiya Abxaziya, Cənubi Osetiya və Krımı öz torpağı elan etdi: “Avropa buna etiraz etsə də illər keşdikdən sonra artıq Rusiya ilə iqtisadi maraqlarını artırmaq istəyir. Yəni işğal arxa planda qaldı. Əsas maddi maraqlar Avropa ölkələrinin maraqların uyğun gəlir. Ermənilər də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesini uzadaraq prosesdən yaralanmaq istəyirlər. Əgər bu danışıqlar daha da uzanarsa avropalılar Dağlıq Qarabağ “müstəqil dövlət” kimi , Şuşanı da “paytaxt” qəbul edə bilərlər. Avropa onsuz da bu prosesə illərdi ikili standartlardan yanaşır. Avropa ilk öncə həm siyasi, həm də iqtisadi maraqlarını qoruyur. Koronavirus dövründə bu birliyin necə çalxalandığı, narazılıqların yarandığı, hətta gələcəkdə dağılma ehtimalının ortaya çıxdığını da eşitdik”.
Diaspora təşkilat sədri bildirib ki,1 milyon azərbaycanlı məcburi köçkünün hüququ qorunmur, ermənilərin Xocalıda törətdikləri soyqırıma göz yuymulur. Əgər insan haqlarının qorunmasından söhbət gedirsə ermənilərin işğal siyasətinin qurbanına çevrilən azəraycanlıların da hüquqları beynəlxalq qurumlar tərəfində qorunmalıdır: “ABŞ-da bir qaradərili polis tərəfindən qətlə yetirilib. Bütün Avropa koronavirusla bağlı qadağalara baxmayaraq zorakılığa qarşı ayağa qalxdı. 100 il öncə bir erməni qətlə yetirilib, biz türklər təzyiqlərə məruz qalırıq. Siyasi ikiüzlülük, xristian həmrəyliyi beynəlxalq hüquqa yaraşmır, hüquq ədalətli olmağı sevir. Bu cür ikili siyasət, insan haqlarının pozulması, beynəlxalq qurumların fəaliyyətini etibarsız edir. 1 milyondan çox azərbaycanlı qaçqının hüququ pozulur, torpaqlarımız işğal atındadır, BMT Təhlükəasilzik Şurasının məlum 4 qətnaməsi yerinə yetrilmir, ermənilər işğalçılıq siyasətlərini davam etdirirlər, amma dünya birlikləri susur. Biz bir daha beynəlxalq qurumların ədalətsizliyinin şahidi oluruq”.
E.Mirhəşimli bildirib ki, biz yalnız o zaman istəyimizə nail olacağıq ki, düşmənlə öz dilində danışaq. Düşmən xoşluq anlamırsa, o zaman güc dilində danışmalıyıq: “Biz öz gücümüzü göstərməsək, bizimlə heç kim hesablaşmayacaq. Avropa da separatçıların keçirdikləri qondarma seçkilərə göz yumacaq. Avropa işğal edilən torpaqlarımızı geri qaytarmayacaq. Ordumuz susduqca, Avropa da susacaq, ədalətsizliklərə göz yumacaq”.
Cavid