• 19 Sentyabr 2020
logo
“Azərbaycanda koronavirusa yoluxanların sayının artması...”

“Azərbaycanda koronavirusa yoluxanların sayının artması...”

Ekspert: “Karantin tədbirlərinə riayət edilməsini diktə edir”

“Azərbaycanda koronavirusa yoluxanların sayının artması karantin tədbirlərinin riayət edilməsini dəqtə edir. Əhalisinin sayı Azərbaycandankından ən azı 3 dəfə az olan Ermənistanda durum daha ağırdır və bunu işğalçı ölkənin baş naziri Nikol Paşinyan da eitraf edir. Ermənistanda virusa yoluxma mart və aprel ayı ilə müqayisədə 13 dəfə artıb. Bu, kiçik Ermənistan üçün əsl fəlakət sayıla bilər”. “Atlas” Araşdırmalar Mərkəzinin rəhəbri, politoloq Elxan Şahinoğlu “Xalq Cəbhəsi”nə bildirib ki, virusa yoluxan Nikol Paşinyan iyunun 2-də açıq havada keçirdiyi brifinqdə hazırki vəziyyətdən çıxış üçün əhaliyə iki variant təklif edib: “O birinci variant üçün deyib ki, insanlar kütləvi surətdə karantin tədbirlərinə ciddi riayət edir və Ermənistan indiki ağır vəziyyətdən tədricən çıxmağa başlayır.
Paşinyan ikinci variant üçün isə bunları deyib: “Qaydalara riayət edilməyəcəyi halda yenidən məhdudlaşdırma tədbirlərinə baş vurmaq məcburiyyətində qalacağıq. Bu isə epdimeya ilə əlaqədar onsuz da dərin böhrana yuvarlanan iqtisadiyyatımızın və sosial durumumuzun fəlakətə sürüklənməsi deməkdir. Dövlətin imkanlarının sərhəddi var, vəziyyətlə bağlı yenə qapansaq uzun illər ağır iqtisadi durumdan qurtula bilməyəcəyik”.
Beləliklə, Nikol Paşinyan erməniləri seçim qarşısında qoyub. Ancaq Paşinyanı eşidən azdır. Buna misal kimi Paşinyan Ermənistanın şəhərlərindən birində köhnə avtobusa doluşan sakinlərin şəkillərini göstərib. Həmin şəkildə zavoddan çıxan maskasız ermənilər bir-birlərini sıxaraq avtobusa doluşurlar. Daha sonra yayılan xəbərə görə həmin zavod 3 günlüyünə karantinə bağlanıb. Bu isə işçilər arasında narazılıq yaradıb. Çünki müəssisənin fəaliyyətinin dayandırılması maaşların dondurulması və onların sosial vəziyyətlərinin ağırlaşması deməkdir. Paşinyan durumun vahiməli olduğun həm də onunla izah edib ki, ölkədə hələ test edilməyən xeyli virusa yoluxan var və ən böyük təhlükə mənbəyi onlardır”.
Ekspert əlavə edib ki, Paşinyan insanları qaydalara riayət etməyə çağırarkən özü virusa yoluxub və ermənilər üçün pis nümunəyə çevrilib: “Paşinyan virusa yoluxmasını ona su gətirən hansısa xidmətçisinin boynuna atsa da, Ermənistanda buna inanan azdır. Viruslu Paşinyanın Ermənistanın hazırki ağır vəziyyətində işğal altındakı Şuşaya gəlişi, orda heç bir sosial məsafə gözləmədən maskasız şəkildə qonaqlarla süfrə arxasında şadyanalıq etməsi Ermənistanda müzakirə predmetidir. Baş nazirin özü qaydalara riayət etməyibsə və virusa yoluxubsa, onun “qaydalara riayət edin” çağırışını ölkəsində kimsə eşidərmi?
Bu arada, Ermənistan Avropadan ciddi zərbə alıb. Avropa İttifaqı Ermənistanın aviaşirkətlərinə Avropa ölkələrinə uçuşlar həyata keçirməsini qadağan edib. Səbəbi sadədir. Ermənistanın təyyarələri köhnə və istifadəyə yararsızdır. Emənistanın maliyyəsi yoxdur ki, yeni sərnişin təyyarələri alsın. Köhnə təyyarələr isə Avropa üçün təhlükə mənbəyidir, bu təyyarələrin başına hansı ölkənin səmasında nə iş gələcəyi bəlli deyil.
Avropa özünü köhnə təyyarələrdən qorumaqda haqlıdır. Ermənistan və əks istiqamətə yalnız inkişaf etmiş dövlətlərin avişirkətlərinə uçuş həyata keçirilməsinə icazə veriləcək. Bu isə o deməkdir ki, Ermənistanın təyyarələri uzaqbaşı Rusiya və ya İran istiqamətində uçuşlar həyata keçirə bilərlər. Ancaq bir gün Moskva və Tehran da Avropa kimi Ermənistanın köhnə təyyarələrindən qorumaq qərarını verə bilər. Strateji təərfdaşlıq öz yerində, ancaq Rusiya və İran da özlərini təhlükəli sərnişin təyyarələrindən qorunmaq məcburiyyətindədirlər. Belə vəziyyətdə Ermənistana aid “Aircompany Armenia”, “Armenia Airways”, “Armenian Helicopters”, “Atlantis Armenian Airlines”, Atlantis European Airways”, “Mars Avia” и “Skyball” şirkətlərini müflisləşmə gözləyir”.

Əli