“Liviyada gedən savaşda Haftar qələbə qazana bilməz”. APA-nın yerli bürosunun “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib. O Liviya Milli Ordusuna (LMO) rəhbərlik edən marşal Xəlifə Haftarın qələbə qazana bilməyəcəyini bildirib. Türkiyə XİN başçısı ABŞ-da afroamerikalı Corc Floydun öldürülməsinə də münasibət bildirib. M. Çavuşoğlu polisin insanı öldürməsinin qəbuledilməz olduğunu vurğulayıb.