Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2019-cu ilin dövlət büdcəsinin icrasına dair məsələ müzakirəyə çıxarılıb.
Trend-in məlumatına görə, iclasda maliyyə naziri Samir Şərifov büdcənin icrası ilə bağlı ətraflı məlumat verib. Daha sonra deputatlar büdcənin icrası ilə əlaqədar təklif və rəylərini veriblər.
Müzakirələrdən sonra məsələ Milli Məclisin plenar iclasına tövsiyə olunub.