• 25 Aprel 2024
logo
Tahir Mirkişili: "Kölgə iqtisadiyyatı ilə aparılan mübarizə büdcə gəlirlərinin proqnozdan artıq icrasına şərait yaradıb"

Tahir Mirkişili: "Kölgə iqtisadiyyatı ilə aparılan mübarizə büdcə gəlirlərinin proqnozdan artıq icrasına şərait yaradıb"

“Şəffaflıq səviyyəsinin artırılması və kölgə iqtisadiyyatı ilə aparılan mübarizə öz effektiv təsirini göstərib, büdcə gəlirlərinin proqnozdan artıq icra olunmasına şərait yaradıb”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Tahir Mirkişili deyib.
O bildirib ki, “2019-cu il Azərbaycanda sürətli, əhatəli islahatlar ili kimi yadda qalıb. Əvvəlki illərdə də ölkəmizdə bir çox islahatlar həyata keçirilib: “Ötən il iqtisadiyyatı idarəetmə mexanizmində köklü struktur və kadr dəyişiklikləri aparılıb və çevik, ədalətli idarəetmə üçün təşkilati zəmin yaradılıb”.
Komitə sədri qeyd edib ki, 2019-cu ildə problemli kreditlərin həlli üçün həm əhaliyə, həm də banklara dövlət tərəfindən mühüm dəstək göstərilib və problemin həlli üçün müvafiq vəsait ayrılıb: “Bütün bunlarla yanaşı bank sektorunda sağlamlaşma prosesi bu gün də davam edir. İnanırıq ki, görülən tədbirlər bank sektorunun fəaliyyəti iqtisadi islahatların hədəfləri ilə uzlaşacaq”.