• 23 Sentyabr 2020
logo
Livan Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

Livan Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

Livan Respublikasının Prezidenti General Mişel Aun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: “Zati-aliləri. Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə Livan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi, Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq arzularımı çatdırıram. Livan və Azərbaycan arasında diplomatik münasibətlər qurulandan bəri ikitərəfli əlaqələrimiz daha da yaxınlaşıb. Əminəm ki, xalqlarımızın daha parlaq gələcəyi üçün ölkələrimiz bu möhkəm təmələ əsaslana bilər. Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin”. 2005-2010-cu illərdə Ukraynanın Prezidenti Viktor Yuşşenko da Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: “Əziz dost. Çox hörmətli cənab Prezident. COVID-19-a qarşı mübarizədə Ukrayna xalqına Azərbaycan xalqı tərəfindən göstərilən qardaş yardımına görə ehtiramımı və səmimi minnətdarlığımı bildirməyi özümə şərəf hesab edirəm. Bu addım adi yardımdan qat-qat yüksəkdir. Bu addım Azərbaycan və Ukrayna arasında mehriban qonşuluq, dostluq xarakteri daşıyan münasibətlərin dəyişməzliyinin, müasirliyin yeni çağırışları şəraitində ümumi tarixi yaddaşa malik olan xalqlarımızın qədim qarşılıqlı yardım ənənələrinin davamının sübutudur. Cənab Prezident, mənim üçün Sizinlə qarşılıqlı fəaliyyət mübadiləsi, mənim prezidentliyim dövründə həllinə birgə nail olduğumuz gündəlikdə duran bir sıra vacib məsələlərdə qarşılıqlı anlaşma siyasi müdrikliyin, qərarları ətraflı düşünmənin, dövrün mürəkkəb tarixi çağırışlarına düzgün reaksiyanın və mahir anlayışın parlaq nümunəsi kimi qalıb. Bu gün, həmçinin dünya geosiyasətində ciddi, tektonik irəliləyişlər dövrüdür, bütövlükdə dünya nizamının transformasiyası başlanıb, yeni geosiyasi təsir mərkəzləri yaranır, milli dövlətlərin siyasi və iqtisadi suverenlik kimi anlayışların vacibliyini anlamağa qayıtması prosesi güclənir. COVID-19 pandemiyası dövlət təsisatlarını möhkəmlətməyin, idarəçilik qərarlarının qəbul edilməsində onların özünəyetərliyini təmin etməyin zəruriliyini əyani şəkildə vurğulayan təhdid olub. Bu, milli dövlətlər miqyasında belə qlobal təhdidləri səmərəli şəkildə aradan qaldırmağa imkan verir. Sizin rəhbər və lider kimi şəxsi müdrikliyinizi, dövlət təsisatlarının səmərəliliyinin yaradılması, möhkəmləndirilməsi, yüksəldilməsi məsələlərində, iqtisadi suverenliyin təminatında gələcəyi görmə bacarığınızı bir daha vurğulamaq istəyirəm. Azərbaycanın bu təcrübəsi digər ölkələr üçün, ilk növbədə, Ukrayna üçün onun tarixinin indiki mərhələsində böyük diqqətə layiqdir. Bu gün hadisələri və prosesləri dərindən dərk edərək, ölkənin idarə edilməsi məsələlərində şəxsən Sizdən bir çox praktik dərslər götürmək mümkündür. İcazə verin, 2005-2010-cu illərdə Ukrayna Prezidenti olmaq hüququmdan istifadə edərək, dostcasına Sizi inandırım ki, Ukraynaya yardım ayrılması barədə Sizin qərarınız Ukrayna xalqı tərəfindən minnətdarlıqla dəyərləndirilib. Bir dost kimi mənim də şəxsi minnətdarlığımı, Sizə xoş arzularımı və Sizin simanızda bütün Azərbaycan xalqına sülh və firavanlıq diləklərimi qəbul edin. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bizim ölkəmizə göndərdiyi qoruyucu vasitələr yardımına görə ayrıca təşəkkür etmək istəyirəm. Mən daim Sizin sərəncamınızdayam, ölkələrimiz və xalqlarımız arasında dialoqa var qüvvəmlə hər cür yardım göstərməyə hazıram. Fürsətdən istifadə edərək, Azərbaycanın Respublika Günü ilə əlaqədar səmimi təbriklərimi qəbul edin. Bizim ölkələr qədim demokratik ənənələrə malikdir, biz bu ənənələrə hörmət edir və onu möhkəmləndiririk”.