• 24 Noyabr 2020
logo
Azərbaycan ilə Türkmənistan arasında səfirlikər üçün torpaq sahəsi ilə bağlı saziş təsdiq edildi

Azərbaycan ilə Türkmənistan arasında səfirlikər üçün torpaq sahəsi ilə bağlı saziş təsdiq edildi

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan ilə Türkmənistan arasında iki sənədin təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb.
Trend-in məlumatına görə, iclasda “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyinin və Türkmənistanın Azərbaycan Respublikasındakı Səfirliyinin yerləşməsi üçün qarşılıqlı olaraq torpaq sahələrinin ayrılması haqqında” Sazişin, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında 2008-ci il 19 may tarixli Sazişə dəyişikliklər və əlavələr edilməsi barədə” Protokolun təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra sənədlər səsə qoyularaq təsdiq edilib.