• 26 Aprel 2024
logo
Tailand Kralı Prezident İlham Əliyevi təbrik edib

Tailand Kralı Prezident İlham Əliyevi təbrik edib

Tailand Kralı Maha Vaciralonqkorn Prezident İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib.
Təbrikdə deyilir:
"Zati-aliləri.
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı yetirirəm.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan Respublikasına və xalqınıza inkişaf və firavanlıq arzulayıram".