• 27 Noyabr 2020
logo
Vüqar İskəndərov: İndiki milli satqınlar dediyimiz o cinayətkar ünsür dəstəsi, o vaxtın donos yazanlarından fərqlənmir

Vüqar İskəndərov: İndiki milli satqınlar dediyimiz o cinayətkar ünsür dəstəsi, o vaxtın donos yazanlarından fərqlənmir

İndiki milli satqınlar dediyimiz o cinayətkar ünsür dəstəsi, o vaxtın donos yazanlarından fərqlənmir.
Bunu açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, ermənilər zaman-zaman Azərbaycana qarşı ərazi iddiaları irəli sürüb, vətənimzə və xalqımıza qarşı qanlı əməllər törədiblər:
“Müəyyən vaxtlarda onlar öz istəklərinə da çatıblar. Yalnız ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu illərdə bədxah qonşularımız Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı heç bir addım ata bilməyiblər. Daha doğrusu, həmin vaxtlar hansısa cəhdlər etmək istəsələr də bu, nəticəsiz tamamlanıb. Mayın 28-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışındakı çıxışında bu məqama toxunan Prezident İlham Əliyevin bildirdiyi kimi, ulu öndərin dövründə Azərbaycan hakimiyyəti Dağlıq Qarabağda elə bir möhkəm iradəyə sahib idi ki, bir nəfər erməni də səsini çıxara bilmirdi.
Düzdür, Moskvaya, Siyasi Büroya donoslar yazırdılar ki, guya onları orada incidirlər yaxud da onlar diskriminasiyaya uğrayırlar. Hamısı yalan idi. Çünki iqtisadi göstəricilər var və onlar göstərir ki, Dağlıq Qarabağda yaşayan insanlar heç də Azərbaycanın o biri torpaqlarında, rayonlarda yaşayan insanlardan pis yaşamayıblar. Bəli, Cənab Prezidentin də vurğuladığı kimi, ümummilli lider Heydər Əliyevin qətiyyəti, iradəsi, cəsarəti imkan vermirdi ki, orada bir dənə də olsun hadisə baş versin.
Hazırda öz inkişafına görə fərqlənən, regionda aparıcı aktora çevrilən Azərbaycanın qarşısında duran yeganə problem Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. Xalqımız əmindir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən uğurlu daxili və xarici siyasət nəticəsində tezliklə bu problemin də həllinə nail olacağıq”.
Millət vəkili deyib ki, ulu öndər Heydər Əliyev Moskvada işləyəndə də ermənilər bir neçə dəfə buna cəhd ediblər, lakin istəklərinə nail ola bilməyiblər. Ona görə də ermənilər və təəssüflər olsun ki, buradakı yerli satqınlar Heydər Əliyev Moskvada işləyəndə donoslar, anonim məktublar yazırdılar. Ermənilərin bu addım atmasının səbəbi bəlli idi:
“Əslində erməniləri başa düşmək çətin deyildi. Onlar bu yolla öz mənfur planlarını reallaşdırmaq istəyirdilər. Lakin dövlət başçısının da dediyi kimi buradakı satqınlar, xainlər, Azərbaycan millətinin düşmənləri də donos yazırdılar. Elə indikilər də yazırlar. O vaxt Siyasi Büroya yazırdılar. Bunlar isə bizdən Qərb ölkələrinə donos yazırlar. İndiki milli satqınlar dediyim o cinayətkar ünsür dəstəsi, o vaxtın donos yazanlarından fərqlənmirlər. Onlar da özlərinə başqa ölkədə himayədar axtarırdılar. Hər ikisinin əsas məqsədi nəyin bahasına olursa-olsun hakimiyyətə gəlməkdir. Bax, buna görə torpaqlar işğal altına düşüb.
Bəli, məhz ümummilli lider Heydər Əliyev Siyasi Bürodan, Sovet İttifaqının Nazirlər Sovetindən yüksək vəzifələrdən gedəndən sonra iki həftə keçməmiş bir erməni millətçisi Fransa qəzetində məqalə ilə çıxış etdi ki, Dağlıq Qarabağ Ermənistana verilməlidir. Bunun ardınca isə məlum hadisələrə start verildi”.
Deputat bildirib ki, əgər o vaxt, ermənilərin işğalçılıq istəkləri ilə yenidən baş qaldırdıqları dövrdə Azərbaycana ulu öndər Heydər Əliyev rəhbərlik etmiş olsaydı, bir qarış torpaq da düşmən tərəfindən işğal edilə bilməzdi.