• 29 Mart 2024
logo
Polad Bülbüloğlu: "Münaqişənin həllində həmsədr ölkələrdən dəstək gözləyirik"

Polad Bülbüloğlu: "Münaqişənin həllində həmsədr ölkələrdən dəstək gözləyirik"

"Azərbaycan 30 ildir ki, qonşu Ermənistanla müharibə vəziyyətindədir. Ermənistan ərazilərimizin 20%-ni işğal altında saxlayır".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu TASS agentliyində Rusiya ilə Azərbaycan arasında münasibətlərin perspektivlərinə həsr olunmuş "Rusiya və Azərbaycan: strateji əməkdaşlığın üfüqləri" adlı onlayn mətbuat konfransında çıxış edən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu bildirib.

"Bu gün Biz BMT rəhbərliyinin dünyada epidemioloji durumla əlaqədar olaraq irəli sürdüyü sülh çağırışı ilə razıyıq. Amma hər şeydən öncə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi mütləq şəkildə icra olunmalıdır. Lakin bu qətnamələr icra olunmur. Biz Qarabağ məsələsinin sülh yolu ilə həllinə sadiqik. Lakin sülh danışıqları sonsuzadək davam edə bilməz. Bunu bizim bütün tərəfdaşlarımız, regionda olan qonşularımız və hər şeydən öncə Ermənistanın öz rəhbərliyi nəzərə almalıdır", - deyə diplomat vurğulayıb.