• 8 Dekabr 2024
logo
ATXƏM nümayəndə heyəti İqdırda "15 temmuz Milli Birlik və Demokrasi günü" tədbirlərinə qatılıb FOTOLAR

ATXƏM nümayəndə heyəti İqdırda "15 temmuz Milli Birlik və Demokrasi günü" tədbirlərinə qatılıb FOTOLAR

Türkiyə Cümhuriyyəti Iğdır valisi Enver Ünlünün dəvəti ilə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədi İlham İsmayılov, İstanbul Türkiyə Azərbaycan Dərnəyinin sədri Səfər Karakoyunlu, tanınmış sənətçi Şəmistan Əlizamanlı, ATXƏM-in icra katibi, Birlik jurnalının baş redaktoru İlqar İlkin Iğdırda təşkil olunmuş "15 temmuz Milli Birlik və Demokrasi günü" tədbirlərinə qatılıblar. Newscenter.az xəbər verir ki, tədbirdə öncə 2016-cı ildə Türkiyədə baş vermiş 15 temmuz darbe girişimində şəhid olmuş 241 nəfərin xatirəsinə dualar oxunub, o dəhşətli gecədə baş verən olaylar bir daha xatırlanıb.
Iğdır valisi Enver Ünlü çıxışında 15 temmuz 2016-cı ildə baş verən olaylarda Türkiyə xalqına və dövlətinə qarşı xəyanət baş verdiyini qeyd edərək bildirib ki, Türk xalqı hər zaman olduğu kimi həmin gün də öz dövlətinin yanında oldu, dünyəviliyi və demokrratiyanı hər şeydən üstün tutdu.
Daha sonra Iğdır valiliyinin önündə təşkil olunmuş və bütün xalqa açıq olan toplantıda şəhidlərin xatirəsinə yazılmış seirlər oxundu, ilahilər söyləndi.
Türkiyədə xüsusilə "Diriliş Ərtoğrul" dizisində Ozan obrazını canlandıran, vətənpərvərlik mahnıları ilə məhşur olan Şəmistan Əlizamanlının çıxışı tədbirə yeni bir ruh qatıb. Onun türk millətinin, onun bayrağının şəninə oxuduğu mahnıları hər kəs ayaqüstə dinlənib.
ATXƏM-in sədri İlham İsmayılov çıxışında bildirib ki, Azərbaycan tarix boyu hər zaman Türkiyənin yanında olub. "Üç il əvvəl Türkiyəyə qarşı baş verən məlum hadisələr zamanı da Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan xalqı adından Tükiyəli qardaşlarımızın, Türkiyə dövlətinin yanınfa olduğunu bildirdi. Bu gün də biz yənə sizlərlə birlikdəyik, sizlərin yanındayıq. Çünki biz bir millətik, Türkiyənin ayağına dəyən daş bizim ürəyimizə dəyir".