• 5 Dekabr 2020
logo
Perunun “El Peruano” qəzetində “Azərbaycan Demokratik Respublikasının ildönümü” sərlövhəli məqalə dərc edilib

Perunun “El Peruano” qəzetində “Azərbaycan Demokratik Respublikasının ildönümü” sərlövhəli məqalə dərc edilib

Perunun rəsmi “El Peruano” qəzetində “Azərbaycan Demokratik Respublikasının ildönümü” sərlövhəli məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Peru oxucularına 28 May - Respublika Gününün Azərbaycan xalqının həyatında əlamətdar bir tarix olduğu və 1918-ci ildə İstiqlal Bəyannaməsinin qəbul edilməsi ilə müsəlman Şərqində ilk dünyəvi demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılması haqda məlumat verilib. Yazıda, həmçinin AXC-nin qısa sürən mövcudluğu ərzində keçdiyi çətin və şərəfli yola, dövlətçilik və cəmiyyət üçün olduqca vacib olan bir çox sahələrdə əldə etdiyi böyük nailiyyətlərə, habelə süqutunun səbəblərinə diqqət yetirilib.
Daim qəlbində müstəqil dövlət arzusu yaşadan xalqımızın apardığı milli azadlıq hərəkatı nəticəsində Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etməsi, ilk günlərdən böyük çətinliklərlə, bu xüsusda qonşu Ermənistan tərəfindən hərbi təcavüz və ərazilərinin işğalı, mürəkkəb daxili geosiyasi vəziyyət və sosial-iqtisadi problemlərlə üzləşdiyi qeyd edilib.
Məqalədə Azərbaycan xalqının iradəsi ilə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi kimi ölkənin bütün sahələrdə inkişafa nail olduğu və Azərbaycanın regionun lider dövlətinə çevrildiyi oxucuların diqqətinə çatdırılıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu və səmərəli dövlət idarəçiliyi sayəsində müstəqil, suveren və demokratik Azərbaycan Respublikasının bütün sahələrdə inkişafını gücləndirdiyi, müasir və dünyəvi hüquqi dövlətə çevrildiyi vurğulanıb.