• 13 Avqust 2020
logo
ABŞ-ın paytaxtında Azərbaycan Milli Günü elan edilib

ABŞ-ın paytaxtında Azərbaycan Milli Günü elan edilib

ABŞ-ın paytaxtı Vaşinqton şəhərinin meri Myuriel Bouzer Azərbaycan Demokratik Respublikasının yaranmasının 102-ci illiyi ilə əlaqədar bəyannamə imzalayıb.
AZƏRTAC xəbər verir ki, bəyannamədə 1918-ci il 28 may tarixində Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulduğu bildirilir.
Azərbaycan Demokratik Respublikasının qadınlara seçki və bərabər seçki hüquqlarını təmin edildiyi və bütün vətəndaşlarına irqindən, cinsindən, etnik mənsubiyyətindən və dinindən asılı olmayaraq bərabər hüquqların tanındığı qeyd olunur.
Daha sonra Azərbaycanın 1922-ci ildə sovet birliyinə daxil edildiyi və 60 ildən çox müddət sonra yenidən 1991-ci ildə müstəqilliyini bərpa etdiyi yazılır. Elə o vaxtdan Azərbaycan müstəqilliyini möhkəmləndirib və aABŞ-ın etibarlı müttəfiq və strateji tərəfdaşına çevrilib.
Mer Bouzer imzaladığı bəyannamədə Azərbaycan Demokratik Respublikasının yaranmasının 102-ci il yubileyində dünyada yaşayan milyonlarla və ABŞ-da yaşayan on minlərlə azərbaycanlı tərəfindən 28 May tarixinin Milli Gün olaraq qeyd edildiyini və Vaşinqton şəhərində Azərbaycan Milli Günü elan etdiyini bildirir.
Qeyd edək ki, Vaşinqton meri tərəfindən hər il 28 may tarixində Bəyannamə imzalaması artıq ənənəyə çevrilib.