• 6 Dekabr 2020
logo
TASS agentliyində Rusiya ilə Azərbaycan arasında münasibətlərin perspektivlərinə dair mətbuat konfransı keçiriləcək

TASS agentliyində Rusiya ilə Azərbaycan arasında münasibətlərin perspektivlərinə dair mətbuat konfransı keçiriləcək

Mayın 28-də TASS agentliyində Rusiya ilə Azərbaycan arasında münasibətlərin perspektivlərinə həsr olunmuş “Rusiya və Azərbaycan: strateji əməkdaşlığın üfüqləri” adlı onlayn mətbuat konfransı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, tədbirdə Rusiya Federasiyasının Xarici İşlər nazirinin müavini Andrey Rudenko, Azərbaycanın Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Rusiya Dövlət Dumasının beynəlxalq işlər üzrə komitəsinin sədri Leonid Slutski, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu və Rusiya Dövlət Humanitar Universitetinin prezidenti, “Rusiya-Azərbaycan” Dostluq Cəmiyyətinin prezidenti, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Yefim Pivovar iştirak edəcəklər.
Mətbuat konfransının moderatoru qismində TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman çıxış edəcək.
KİV nümayəndələri əvvəlcədən akkreditasiyadan keçərək mətbuat konfransında distant iştirak edə bilərlər. Bunun üçün “WhatsApp” əlavəsi quraşdırılmış şəxsi mobil nömrənin qeydiyyat zamanı göstərilməsi vacibdir.
Translyasiyanı TASS agentliyinin saytındakı anons səhifəsindən, həmçinin TASS-ın “Facebook”dakı Mətbuat mərkəzindən izləmək mümkün olacaq.