• 29 Mart 2024
logo
"İrəvanın bu addımları təkcə beynəlxalq birliyə deyil, erməni xalqına qarşı da provakasiyadır"

"İrəvanın bu addımları təkcə beynəlxalq birliyə deyil, erməni xalqına qarşı da provakasiyadır"

Türkiyənin Azərbaycandakı keçmiş səfiri, nüfuzlu diplomat Hulusi Kılıç Moderator.az-a bu dəfəki açıqlamasında mayın 21 - də Şuşada qondarma inauqurasiya keçirməklə dünya birliyinə meydan oxuyan Ermənistanın təxtibatlarını şərh edib:
"Ermənistan hakimiyyəti öz xalqına zərər verir. Əvvəldən bu günə kimi atılan yanlış addımları hamımız birlikdə görürük. Həmişə saxta, söz olaraq qəbul edilən qərarlar səbəbindən Ermənistan xalqı aclıq və səfalət içində yaşayır. Hakimiyyətdəkilər səhv edir və xalq da bunun cəzasını çəkir. Atılan addımlar bölgəyə də ciddi zərər verir, bölgədəki sülh və əmin-amanlığı təhlükəyə atır. Ona görə də mən burdan Azərbaycanımızın ərazi bütövlüyünü tanıyan və dörd qətnamə çıxaran Birləşmiş Millətlət Təşkilatına səslənirəm. İllərdir başımızı qatan ATƏT-ə və digər beynəlxalq qurumlara səslənmək istəyirəm. Gözümüzün qarşısında beynəlxalq hüquq normalarına qarşı hörmətsizlik edirlər, ancaq işğalçı ölkə "siz nə qərar qəbul edirsiniz edin, biz bildiyimizi edəcəyik" deyirlər. Koronavirus dövründə edilənləri isə qəbul etmək mümkün deyil. 31 mart azərbaycanlıların soyqırım günü ermənilər saxta seçki keçirdilər və bunu da siyasi əxlaqsızlıq kimi qiymətləndirdim. Bu dəfəki inauqurasiyanı isə növbəti dəfə beynəlxalq hüquqa və bölgə insanına hörmətsizlik kimi qiymətləndirirəm.
Ermənilərin bu günə qədər iddia etdikləri sözdə soyqırım saxtakarlıqlarından nə qədər yararlandı?! Mən 70-80-ci illərdə qırxdan çox məsləkdaşımı itirdim. Nə oldu, bu qətlləri törədənlər nə qazandılar, məsum insanları qətlə yetirdilər. Bununla yanaşı, Azərbaycanın Dağlıq Qarabağ ərazisini işğal etdilər və bu işğal Ermənistana nə qazandırdı?! Bunu soruşmaq lazımdır. İndi də çıxıb saxta seçkilər keçirirlər və özlərinə saxta “prezident” "seçib" Şuşanı özlərinə paytaxt elan edirlər. Bunlar həqiqətən çox yanlış və ikrahdoğurucu addımlardır.
Hörmətli nazirimiz M.Çavuşoğlu may ayında Türkiyənin siyasi mövqeyini açıqladı və bildirdi ki, biz hər zaman Azərbaycanın yanında olacağıq. Atatürkün və nazirimizin dediyi kimi, Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. Bu istiqamətdə Azərbaycan xalqı bunu bilsin ki, Türkiyə hər zaman Azərbaycanın yanında olacaq və onun haqlı davasını dəstəkləməkdə davam edəcək.
“Fırat qalxanı”, “Zeytun dalı” əməliyyatlarında Azərbaycan gənclərinin Türkiyəyə dəstək olduqları kimi, lazım gələrsə, Türkiyə gəncliyinin də öz dəstəyini verəcəyinə inanıram. Həmişə dediyimiz kimi ATƏT rəsmiləri gəlib-gedir, vaxt itiririk, amma onların dövriyyəyə girməsi lazımdır. Bu mövzuda digər dövlətlərin, başda Rusiya Federasiyasının dövriyyəyə girməsi lazımdır. Nəhayət bölgədə münaqişəyə son verilsin, sülh və inkişaf olsun və xalqlar da bu inkişafdan payını alsın.
Türkiyədə də minlərlə erməni vətəndaşı çalışmaqdadır. Biz bir an öncə ermənistan hakimiyyətinin ağlını başına toplayaraq həqiqəti anlamasını və bölgədəki havanı dəyişərək barış və inkşafın gerçəkləşməsi üçün addım atmasını gözləyirik. Bir daha söyləyirəm ki, rəsmi İrəvan tərəfindən atılan bu addımlar əslində təkcə beynəlxalq birliyə deyil, erməni xalqına qarşı provakasiyadır.
Barış istəkləri reallaşmayacğı tədqirdə bölgənin qan çanağına çevriləcəyi qaçılmazdır. Azərbaycanımızın da silah gücüylə öz torpaqlarını geri almaq imkanı var. İndi artıq 1990-cı illərin deyil, güclü bir Azərbaycan var. Qarabağ torpaqları türk millətinin torpaqlarıdır və onlar gec-tez geri alınaraq sahibinə qaytarılacaq. Azərbaycanımızın istəyi bu işi beynəlxalq hüquq çərçivəsində həll etməkdir. BMT-nin dörd qətnaməsi buna sübutdur, Ermənistanın beynəlxalq hüquqa hörmətlə yanaşması lazımdır. Ermənistanın bir an öncə Azərbaycanın torpaqlarını boşaltmalarını gözləyirik. Türk və Azərbaycan xalqı tarix boyu birlikdə yaşayıb və erməni xalqıyla da bərabər yaşayacaq, yetər ki, bölgədə barış və sülh olsun”.