• 14 İyul 2020
logo
“Yeni texnologiyaların tətbiqi mühüm üstünlüklər vəd edir”

“Yeni texnologiyaların tətbiqi mühüm üstünlüklər vəd edir”

Hikmət Babaoğlu: “Prazident İlham Əliyev xüsusi vurğuladı ki, yeni texnologiyanın tətbiqi enerjiyə qənaət etməyə imkan yaradacaq”

“Yeni texnologiyaların istənilən sahəyə tətbiqi həmin sahənin inkişafını, istismarını və idarə edilməsini optimallaşdırır, daha da səmərəli edir. Əgər biz yaxın keçmişə qədər elektron hökumətdən danışır, onu idarəemədə yenilik hesab edirdiksə artıq smart hökümətdən danışırıq”. Bu fikirləri “Xalq cəbhəsi”nə açıqlamasında millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu səsləndirib. Millət vəkili “yəni bütün sahələrdə innovativ texnologiyaların, nanotexnologiyaların tətbiq edildiyi ağıllı hökumət layihələrindən söhbət gedir. Görünür postpandemiya erasının bir yeniliyi də, mövcud resursların daha səmərəli və qənaətlə istifadə edilməsi mərhələsinin başlanğıcı olacaq”, - deyə əlavə etdi: “Elə mayın 22-də “Signify” şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bu şirkətin baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və “Signify” rəhbərliyinin digər nümayəndələri arasında keçirilən videokonfransda da bu məsələlər ətrafında geniş müzakirələr aparıldı. Aydın oldu ki, təkcə şəhər işıqlandırılmasında yeni texnologiyaların tətbiqi bu sahədə enerji istehlakını yarıbayarı azalda bilər. Bundan başqa yeni texnologiyaların tətbiqi kənd təsrrüfatı sektorunda suvarma suyu israfının qarşısını almaqla su resurslarından istifadədə əhəmiyyətli qənaət yarada bilər. Ona görə də videokonfransda Azərbaycan Prazidenti İlham Əliyev xüsusi vurğuladı ki, yeni texnologiyanın tətbiqi enerjiyə, yerin təkindən hasil edilən yanacağa qənaət etməyə imkan yaradacaq. Bu isə əlavə ixrac imkanları formalaşdıracaq. Təkcə Bakı şəhərində 33 min LED işıq quraşdırılacaq və onların sayəsində çox böyük həcmdə enerjiyə qənaət ediləcək. Qənaət göstəricisi minimum 50 faiz təşkil edəcək. Bundan başqa kənd təsərrüfatında, o cümlədən heyvandarlıq, quşçuluq və əkinçilik sahələrində məhsuldarlığın əhəmiyyətli dərəcədə artırılması, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, su istehlakının azaldılması və s. kimi sahələrdə də yeni texnologiyaların tətbiqi mühüm üstünlüklər vəd edir ki, bu da həmin sahələri daha da perespektivli etməklə onların inkişafına gətirib çıxarır. Hələliksə Bakı şəhərində “ağıllı şəhər” layihəsi çərçivəsində paytaxtımızın nisbətən az işıqlandırılan ərazilərində işlər aparılır və sentyabra qədər bu işlər tamamlanacaq. Göründüyü kimi bu işlər paytaxtımızın enerji təsrrüfatını və təminatını yaxşılaşdırmaqla həm də onun idarə edilməsini optimallaşdıracaq”.

Əli