• 4 Dekabr 2020
logo
Son illərdə investorların ən çox yatırım etdiyi sahə aqrar sahədir

Son illərdə investorların ən çox yatırım etdiyi sahə aqrar sahədir

Ölkə rəhbəriyi qeyri-neft sektorunun sürətli inkişafı ilə bağlı daim siyasi iradə nümayiş etdirib.

Bunu "Xalq Cəbhəsi" qəzetinə aqrar sahədə sahibkar Emin Əliyev "Signify" şirkətinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə bu şirkətin baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və “Signify” rəhbərliyinin digər nümayəndələri arasında keçirilən videokonfransda səslənən fikirlərə münasibətində açıqlayıb.

E.Əliyev qeyd edib ki, buna baxmayaraq bu sahədə ciddi nailiyyətlər məhz 2015-ci ildə neftin uzuşlaması nəticəsində ardıcıl iki dəfə devalvasiyanın baş verməsi fonunda əldə edilməyə başladı. 2016-cı ilin dekabr ayında milli iqtisadiyyatın müxtəlif shələrini əhatə edən strateji yol xəritələri təsdiqləndi və dərhal icra edilməyə başladı. Qeyri-neft sektorunun əsas sahəsi şübhəsiz ki, məhz kənd təsərrüfatıdır.
2016-cı ildən etibarən investorların ən çox yatırım etdiyi sahə aqrar sahədir. Dünyanını qabaqcıl ölkələrindən yeni texnologiyalar və eyni zamanda yüksək ixtisaslı peşəkarlar ölkəmizə gətirilməyə başladı: "Paralel olaraq Azərbaycan Dövlət Aqrar Universitetinin maddi-texniki bazası genişləndirildi. Peşəkar kadrların yetişdirilməsi istiqamətində qabaqcıl ali təhsil müəssisələri ilə əməkdaşlıqlar yarandı və kadr mübadilələri həyata keçirilməyə başladı. Artıq bu universitetə qəbul olunan gənclər təsadüfi olaraq və ya çarəsizlikdən deyil, məqsədyönlü olaraq bu universiteti seçirlər. Son illərdə isə aqrar ixtisaslara qəbul edilmiş gənclərə stimullaşdırıcı dövlət təqaüdləri də verilməyə başlayıb. Qeyd etmək lazımdır ki, ölkəmizin iri kənd təsərrüfatı subyektləri, o cümlədən orta və kiçik fermerlər artıq yerli mütəxəssislərimizə üstünlük verməyə başlayıblar. Bunun isə əsas səbəbi həmin mütəxəssislərin əcnəbilərlə rəqabətdə artıq uduzmamalarıdır".

Sahibkar qeyd edib ki,
artıq hər sahədə olduğu kimi kənd təsərrüfatı da artıq elektronlaşmağa başlayıb. Bu sahədə hökumət kifayət qədər iş görmüş, demək olar ki, bütün fermerlərin elektron qeydiyyatlarını həyata keçiriblər. 2020-ci ildən etibarən isə dövlət dəstəkləri, subsidiyalar da elektron sistem üzərindən həyata keçirilməyə başlayıb: "Elektron Kənd Təsərrüfatı Sistemi imkan verir ki, nəinki ölkəmizdə aqrar subyektlərin uçotu tam həyata keçirilmiş olsun, eyni zamanda gələcək dövrlər üçün dəqiq proqnozlar verilsin.
Onu da qeyd etmək lazımdır ki, artıq müasir dövrün texnolgiyaları ölkəmizdə tətbiq edilir. Belə ki, müasir suvarma sistemləri, sahələrin elektron avadanlıqlarla opertiv və yerində torpaq və su analizlərinin həyata keçirilməsi, dron və kosmik stansiyalar vasitəsilə əkin sahələrinə nəzarət edilməsi ölkəmizdə tətbiq ediməkdədir. Ən əsas uğur da ondan ibarətdir ki, bu yeni texnologiyalar məhz milli kadrlarımız tərəfindən idarə edilir".

Cavid