• 5 Dekabr 2020
logo
“Nazir Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının üzvü olmamalıdır”

“Nazir Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının üzvü olmamalıdır”

Milli Məclis sədrinin I müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli son çıxışında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın tərkibində indiki siyasi konfiqurasiyanı nəzərə alıb siyasi partiya nümayəndələrinin də təmsilçiliyi fikiri siyasi partiyalarda müsbət qarşılanıb.

Bununla bağlı “Moderator.az” saytına açıqlama verən BAXCP sədrinin müavini, QHT sədri, politoloq Niyaməddin Orduxanlı bildirib ki, BAXCP hər zaman Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyayanın fəaliyyəti ilə bağlı cəmiyyətə öz fikirlərini bildirib:

” Hörmətli Əli müəllimin təklifini çox yüksək qiymətləndiririk. Bizim partiya uzun müddətdir bu fikirdədir ki, komissiyanın tərkibində hökümətin üzvləri təmsil olunmamalıdırlar. Zaman-zaman biz bu məsələni gündəmə gətirmişik. Özünüz fikirləşin, necə ola bilər ki,hökümətin nazir üzvü özü-özünə qarşı mübarizə aparacaq?! Hansı nazır istəyəcək ki, rəhbərlik etdiyi strukturda baş vermiş korrupsiya halı komissiyanın diqqətində olsun, cəmiyyətin məlumatı olsun? Bir çox inkişaf etmiş ölkələrin təcrübəsində də heç bir hökümət üzvü komissiyanın tərkibində təmsil olunmur. Əsas təmsilçilik bitərəflər, müxalif partiyaların təmsilçiləri, ziyalılar, vətəndaş cəmiyyətinin nümayəndələrindən təşkil olunur. Bu baxımdan Azərbaycanda bunun tətbiq edilməsi, düşünürəm ki, korrupsiyanın effektivliyini artıra bilər. Son günlər Dövlət Təhlükəsizlik Xidmətinin ölkəmizdə apardığı anti-korrupsiya fəaliyyəti cəmiyyətdə çox müsbət qarşılanır. Və bu gün də komisiyanın fəaliyyətində yeni şəxslərin təmsil olunmasını vacib hesab edirəm. Bu baş verərsə komissiyanın işinin gücləndirməsinə xidmət edər.”

Niyaməddin Orduxanlının sözlərinə görə, dünyanın ən inkişaf etmiş ölkələrində belə korrupsiya faktları mövcuddur:

”Elə bir ölkə göstərə bilmərsiniz ki, onlarda korrupsiya faktı olmasın. Bu, bir bəşəri bəladır. Korrupsiya dövlətin zəyiflənməsinə yol açan amildir. Bunun inkişaf etməsinə yol vermək olmaz. Azərbaycanda bu gün cənab Prezident İlham Əliyevin korrupsiyaya qarşı apardığı mübarizə davamlı xarakter daşıyır. Bunu hər kəs görür. İcra başçılarının, generalın və digər rütbəli şəxlərin həbs edilməsi aparılan işinin tərkib hissədir. Korrupsiya faktına görə mədəniyyət nazirini işdən azad olunması da bütün bunların dövlət səviyyəsində aparıldığını əyanı sübut edir. Bu gün Azərbaycanda yeni siyasi düzəmin baş verməsinin də şahidi oluruq. Cənab Prezidentin müxtəlif tədbirlərdə siyasi dialoqların siyasi konfiqurasiyanın yaranması ilə bağlı çıxışları, parlamentin rəhbərliyində siyasi partiya nümayəndələrinin təmsil olunması çox müsbət hadisədir. Düşünürəm ki, komissiyanın tərkibində parlamentdə təmsil olunan siyasi partiyaların da nümayəndələrinin təmsil olunması baş verərsə, bundan yalnız cəmiyyətimiz xeyir qazana bilər”.