• 30 Sentyabr 2020
logo
Prezident İlham Əliyev Pakistan Prezidentinə başsağlığı verib

Prezident İlham Əliyev Pakistan Prezidentinə başsağlığı verib

Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Arif Alviyə başsağlığı verib.
Başsağlığında deyilir: “Hörmətli cənab Prezident,
Kəraçi şəhəri yaxınlığında Pakistan Beynəlxalq Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!”