• 23 Noyabr 2020
logo
“İnşallah, o zaman Cavad bəyin arzuları çin olar”

“İnşallah, o zaman Cavad bəyin arzuları çin olar”

BAXCP sədri: “Ümid edirəm ki, Cavad Cahangirzadə bundan sonra da çalışacaq ki, İran İslam Respublikası Qüdsü işğal edən dövlətə sərgilədiyi münasibəti Qarabağı işğal edən Ermənistana münasibətdə də sərgiləsin”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadənin Azərbaycan xalqına ünvanladığı təbrikdə yer alan bəzi məqamlarla bağlı BayMedia-nın sorğusunu cavablandırıb.
Qeyd edək ki, Cavad Cahangirzadə Ramazan Bayramı ilə bağlı təbrikində Azərbaycan xalqına “yaxın gələcəkdə “Qarabağın və Qüdsün azad olunması bayramlarını” birlikdə qeyd etməyi arzulayıb.
Qüdrət Həsənquliyev BayMedia-ya bildirib ki, Cavad bəy İran-Azərbaycan münasibətlərinin inkişfı üçün səmimi çalışan bir diplomatdır: “Onun səmimi təbrikinin böyük siyasi əhəmiyyəti var. Təbrikinə görə ona BAXCP adından səmimi təşəkkürümüzü bildirməklə yanaşı, biz də onu və İran xalqını müqəddəs Ramazan Bayramı münasibətilə təbrik edirik. Ümid edirəm ki, Cavad Cahangirzadə bundan sonra da çalışacaq ki, İran İslam Respublikası Qüdsü işğal edən dövlətə sərgilədiyi münasibəti Qarabağı işğal edən Ermənistana münasibətdə də sərgiləsin. İnşallah, o zaman Cavad bəyin arzuları çin olar və biz birlikdə Qarabağın azad olunmasını bayram kimi qeyd edərik”.