• 2 İyul 2025
logo
BƏƏ Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

BƏƏ Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayed Al Nahyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

Təbrikdə deyilir: “Möhtərəm cənab Prezident.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Birləşmiş Ərəb Əmirlikləri xalqının bu bayram münasibətilə böyük fərəh hissi keçirdiyini xalqınıza çatdırmağı Sizdən xahiş edirəm. Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və davamlı uğurlar, dost Azərbaycan xalqına rifah və tərəqqi arzulayıram.

Cənab Prezident, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.