• 27 Noyabr 2020
logo
Azərbaycanla Türkiyə arasında preferensial ticarət rejiminin tətbiq olunacağı malların siyahısı və kvotası müəyyənləşib

Azərbaycanla Türkiyə arasında preferensial ticarət rejiminin tətbiq olunacağı malların siyahısı və kvotası müəyyənləşib

Türkiyə tərəfindən preferensial ticarət rejiminin tətbiq olunacağı Azərbaycan mənşəli malların siyahısı, baza tarif dərəcələri, tarifin azaldılması dərəcələri və illik tarif kvotasının miqdarı məlum olub.

APA-nın məlumatına görə, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirə edilən və Milli Məclisin plenar iclasına tövsiyə edilən “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”də əksini tapıb.

Sazişdə Azərbaycan tərəfindən preferensial ticarət rejiminin tətbiq olunacağı Türkiyə mənşəli malların siyahısı, baza tarif dərəcələri, tarifin azaldılması dərəcələri və illik tarif kvotasının miqdarı da əksini tapıb.

Qeyd edək ki, bu Saziş müddətsiz bağlanır. Saziş razılığa gələn tərəfin diplomatik kanallar vasitəsilə onun ləğv etmək barədə niyyətini bildirənədək etibarlıdır. Bu halda Saziş digər razılığa gələn tərəfin ləğvetmə bildirişini aldığı tarixdən sonrakı yeddi ayın ilk günü qüvvəsini itirəcək.