• 29 Noyabr 2020
logo
“İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin uğurlu fəaliyyəti onu deməyə əsas verir ki, Azəbaycan dövləti insan alveri ilə qətiyyətli mübarizə aparır”-Ramiz Alıyev

“İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin uğurlu fəaliyyəti onu deməyə əsas verir ki, Azəbaycan dövləti insan alveri ilə qətiyyətli mübarizə aparır”-Ramiz Alıyev

Ramiz Alıyev: "Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin uğurlu fəaliyyəti onu deməyə əsas verir"

“İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin uğurlu fəaliyyəti onu deməyə əsas verir ki, Azəbaycan dövləti insan alveri ilə qətiyyətli mübarizə aparır”. Bu fikirləri mətbuata verdiyi müsahibədə İnsan Alverinə Qarşı Mübrazə təşkilatının sədri Ramiz Alıyev səsləndirib.

News12.az İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun Milli Məcilisdə illik hesabatı ilə bağlı İnsan Alverinə Qarşı Mübrazə təşkilatının sədri Ramiz Alıyevin müsahibəsini təqdim edir.

-Ramiz müəllim, bu gün Milli Məclisin plenar iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında məsələ müzakirəyə çıxarılaraq qəbul olunub. Bu il hansı yeniliklər var və ümumiyyətlə Azərbaycan dövləti insan alverinə qarşı necə mübarizə aparır ?

-Hazırda ölkəmizdə insan alverinə qarşı mübarizə sahəsində bütün mexanizmlər mövcuddur. Bu sahədə cənab Prezidentin sərəncamları ilə qəbul edilmiş Milli Fəaliyyət Proqramları var. Eyni zamanda beynəlxalq standartlara cavab verən qanunvericilik bazası da qəbul olunub. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin uğurlu fəaliyyəti onu deməyə əsas verir ki, Azəbaycan dövləti insan alveri ilə qətiyyətli mübarizə aparır. 2019-cu ildə 186 insan alveri cinayəti qeydə alınıb, 27 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Bu rəqəmlər ötən illə müqayisədə daha çoxdur, yəni bu statistika uğurlu və əzmkar fəaliyyətin nəticəsidir. Qeyd etdiyimiz kimi bu hesabat ilində Baş İdarə öz işini peşəkarcasına apara bilib. Həmçinin onu da bildirməliyik ki, Azərbaycan Hökuməti insan alverinə qarşı mübarizdə mühüm beynəlxalq sənəd olan Lanzarot Konvensiyasını ratifikasiya edib. İnsan Alverinə Qarşı Mübarizə Baş idarəsi vətəndaş cəmiyyəti institutları ilə birgə əməkdaşlıq çərçivəsində bütün hədəf qrupları üçün keçirilmiş geniş maarifləndirmə tədbirlərini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu sahədə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir, onların fəaliyyəti müxtəlif formatlarda dəstəklənməlidir. 2019-cu ildə insan alverinə qarşı effektiv mübarizə üçün qanunvericilik, preventiv və cəza tədbirləri davam etdirilib.

-İnsan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə ödənilən müavinətin qaldırılması nə kimi müsbət dəyişikliklərə səbəb olacaq ?

-İnsan alveri qurbanlarına reinteqrasiya dövründən ödənilən müavinətin məbləği 400 manatdan 700 manata qədər artırılıb. Bunun da əhəmiyyəti böyükdür. Belə ki, Azərbaycan dövləti bu cinayətdən zərər çəkən şəxslərə öz qayğısını artırmaqla onların sosial durumlarının yaxşılaşmasına köməklik edir. Həmin şəxslərin gələcəkdə cəmiyyətə dönməsi üçün də əməli tədbirlər atılmaqdadır. Bu cinayətdən zərər çəkən şəxslərin Daxili İşlər Nazirliyinə aid insan alveri qurbanları üçün nəzərdə tutumuş ən yüksək səviyyədə şəraiti olan sığınacaqda saxlanılması, onların təlabatlarının dövlət hesabına həyata keçirilməsi, peşə kurslarına yönəldilmələri buna əyani sübutdur.