• 19 Mart 2024
logo
“İşğalçılarla danışıqları Azərbaycan Ordusu aparmalıdır”

“İşğalçılarla danışıqları Azərbaycan Ordusu aparmalıdır”

“Son 10 gün ərzində Ermənistan tərəfinin atdığı addımlar Qarabağ konfliktinin heç vaxt sülh ilə nəticələnməyəcəyini göstərir. İlk öncə tabor komandirimizin şəhid edilməsi ermənilər üçün ATƏT-in Minsk qrupu və digər beynəlxalq qurumların bəyanatının heç bir önəminin olmadığını göstərdi. Ermənilər, ən azından separatçı rejim rəhbərləri Azərbaycanla atəşkəs istəmirlər. Çünki bu, onları himayə edən əsas hegemonun maraqlarına cavab vermir”. Bunu qəzetimizə açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan yaxın günlərdə verdiyi açıqlamada "beynəlxalq sənədlərə əsasən, konfliktin 3 tərəfi var" deyə bildirib. Bu əsassız açıqlama düşmən ölkə rəhbərinin "Qondarma Dağlıq Qarabağ" respublikasınında danışıqlara əlavə edilməsi arzusunun göstəricisidir: “Bu isə bizim maraqlarımıza cavab vermir. Var olmayan bir dövlətlə Azərbaycan heç vaxt danışıqlara getməz. Görünən odur ki, bu barədə hər iki tərəf heç vaxt uzlaşa bilməyəcək. Bu isə hərbi yoldan istifadənin vacibliyini gündəmə gətirir.
Dağlıq Qarabağda qondarma respublikanın da iştirak etdiyi "Conİfa-2019" geydirmə futbol yarışlarının keçirilməsi münaqişənin sülh yolu ilə həll edilməyəcəyinə əyani sübut idi. Düşmən ölkə "Qondarma Dağlıq Qarabağ Respublikasının" təhlükəsiz yer olduğunu sübut etmək və onu legitimləşdirmək üçün bu addımı atdı. Onlar Qarabağı qaytarmaq fikirlərinin olmadığını bu hadisə ilə bir daha sübut etdilər.
İyun ayının 8-də 19 yaşlı əsgərimiz erməni təxribatı nəticəsində şəhid oldu. Tabor komandirimizin qanına qarşılıq 19 yaşlı erməni hərbçisi gəbərdildikdən sonra ermənilər bunun qisasını alacaqlarını bəyan etmişdilər. Belə də etdilər. Bütün bu baş verənlərin qarşılığı ən ağır şəkildə verilməlidir. Erməni rəhbərliyinin bu təxribat xarakterli davranışları haqqında ATƏT-in Minsk qrupu başda olmaqla bütün beynəlxalq təşkilatlara xəbərdarlıq edilməli və baş verənlər rəhbər tutularaq separatçı rejimə qarşı hərbi əməliyyatlara başlanmalıdır. Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli yoxdur. Müxtəlif illərdə baş verən müxtəlif hadisələr bunu başımıza vura-vura sübut edir”.
Politoloq onu da qeyd edib ki, Sankt-Peteburqdakı iqtisadi forumda Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edib. O, prezidentlərin iştirak etdiyi panelə qatıldıqdan sonra mətbuat konfransı keçirib.
O bildirib ki, Paşinyan azərbaycanlı jurnalistlərdən birinin sualına cavab olaraq ağzına gələni danışıb:
“Əvvəlcə deyib ki, yüzillərlə öz torpaqlarında yaşayan ermənilər bu torpaqları işğal edə bilməzdilər. Paşinyan sonra keçib futbolçu Mxitaryanın Bakıya gəlməməsinə, Bakıda Mxitaryan formasında gəzən azarkeşin polis tərəfindən “saxlanılmasına” və “Turan” agentliyinin əməkdaşının İrəvana rahat səfər etməsinə...
Paşinyanın bu dediklərinin hamısının arqumentləşdirilmiş cavabını vermək olardı. Çox axtardım, bizim agentlik və ya televiziya əməkdaşlarından Paşinyana verilən suala və cavaba rast gəlmədim. Halbuki Paşinyana sual verən jurnalistimiz, heç olmasa, Ermənistanın baş nazirinin cavabının ilk cümləsinə bu şəkildə yerindən replika verməliydi: “Nə vaxtdan Şuşa, Kəlbəcər, Ağdam və digər işğal altındakı ərazilər ermənilərin olub, məgər orada yüzillərlə ermənilər yaşayıb, bəs hanı orada yüzillərlə yaşayan azərbaycanlılar?”
Digər tərəfdən, Sankt-Peterburqda Azərbaycanı iqtisadi inkişaf naziri Şahin Mustafayev təmsil edib. Şahin Mustafayev Paşinyanın yalanla dolu açıqlamalarına cavab olaraq qarşılıqlı mətbuat konfransı keçirib işğalın mahiyyətini jurnalistlərə anlatmalıydı. Bu olmayıbsa, deməli, Sankt-Peterbuqra toplanan jurnalistlər və siyasi ekspertlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yalnız Paşinyanın mövqeyini dinləyiblər”.
Politoloq vurğulayıb ki, informasiya müharibəsinə hər zaman hazırlıq tələb olunur.
Ekspert Kənan Paşayevin fikrincə isə, Qarabağ probleminin danışıqlar yolu ilə həlli yoxdur.
O, qeyd edib ki, son 10 gün ərzində Ermənistan tərəfinin atdığı addımlar Qarabağ konfliktinin heç vaxt sülh ilə nəticələnməyəcəyini göstərir. İlk öncə tabor komandirimizin şəhid edilməsi ermənilər üçün ATƏT-in Minsk qrupu və digər beynəlxalq qurumların bəyanatının heç bir önəminin olmadığını göstərdi. Ermənilər, ən azından separatçı rejim rəhbərləri Azərbaycanla atəşkəs istəmirlər. Çünki bu, onları himayə edən əsas hegemonun maraqlarına cavab vermir.
Ermənistanın baş naziri Nikol Paşinyan yaxın günlərdə verdiyi açıqlamada "beynəlxalq sənədlərə əsasən, konfliktin 3 tərəfi var" deyə bildirib. Bu əsassız açıqlama düşmən ölkə rəhbərinin qondarma Dağlıq Qarabağ respublikasının da danışıqlara əlavə edilməsi arzusunun göstəricisidir. Bu isə bizim maraqlarımıza cavab vermir. Var olmayan bir dövlətlə Azərbaycan heç vaxt danışıqlara getməz. Görünən odur ki, bu barədə hər iki tərəf heç vaxt uzlaşa bilməyəcək. Bu isə hərbi yoldan istifadənin vacibliyini gündəmə gətirir.
Politoloq Məhəmməd Əsədullazadə isə deyib ki, xarici işlər naziri Elmar Məmmədyarov mətbuatda sülhdən və ermənilərlə necə əməkdaşlıq etməkdən danışır, erməni vəzifədaşı Zoqrab Mnatsakanyan isə, heç bir torpaq güzəştinə getməyəcəklərindən:”Bakıda yüksək səviyyədə Qarabağ danışıqlarının davam etməsindən, sülh müqaviləsinin zəruriliyindən danışılır, Yerevan isə, buna atəşlə cavab verir.
Son 10 gün ərzində yüksək rütbəli zabitimizi, bu gün isə hərbi qulluqçumuzu şəhid edirlər.
Budur, Qarabağ danışıqları. Ümumiyyətlə, Ermənistanla sülh və əməkdaşlıqdan danışmaq olmaz. Paşinyanın Rusiya səfəri öncəsi və sonrası hərbiçimizin şəhid edilməsi, Moskvanın nəzarət mexanizminin əsasıdır. Qarabağla bağlı ölkəmizə qarşı yenidən təzyiqlər işə düşür. Mütləq şəkildə bunun cavabı verilməlidir.
Əgər, ordumuz işğalçıya zərbə endirsə, Ermənistanda daxili siyasi vəziyyət böhrana gedəcək. Paşinyana ötən ilin payızından möhlət verilmişdi. Görünür, onun möhlət hüququ davam edir. Nəticəsidə budur”.
Politoloq Mirsamir Məmmədov bildirib ki, danışıqlara son qoyulmalı və Azrbaycan ordusu öz sözünü deməlidir: “Bu gün Naxçıvanda Azərbaycanla Türkiyənin birgə hərbi təlimi erməniləri və onun havadarlarını bərk əndişələndirib. Ermənistan Azərbaycanın tezliklə işğal edilən torpaqlarının alacağından qorxuya düşüb. Ona görə də, Paşinyan beynəlxalq tədbirlərdə məntiqsiz və əsassız fikirlər söyləməklə əsas hədəfdən yayınmaq istəyir. Mənə elə gəlir ki, sülh danışıqları adı altında vaxtın uzadılmasının heç bir effekti yoxdur. Rəsmi Bakı danışıqları dayandırmalı və danışıqları Azərbaycan ordusu aparmalıdır. İnanırıq və ümid edirik ki, ordumuz bir ay ərzində ermənilərin işğal etdikləri torpaqlarımızı azad etmək iqtidarında və gücündədir”.
Bu arada onu da qeyd edək ki, Dağlıq Qarabağın azərbaycanlı icmasından beynəlxalq təşkilatlara növbəti çağırış olub.
Çağırış erməni işğalı altında olan ərazilərimizdə məhv edilən tarixi, mədəni, dini irsimizlə bağlıdır.
Birlikdən qəzetimizə verilən məlumata görə, sosial medianın tələbləri nəzərə alınmaqla ingilis dilində hazırlanan videomüraciət bu dəfə də Azərbaycan hökumətinin qərarı ilə “Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı” siyahısına daxil edilən Bakıdakı erməni kilsəsindən bəhs edir.
Videomüraciətdə Azərbaycan xalqının multikulturalizim ənənələrinə sadiq qaldığı vurğulanaraq bildirilir ki, Bakının məkəzində erməni kilsəsi və bu kilsəyə aid olan ədəbiyyatlar qorunub saxlanıldığı halda Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və işğal altında olan ətraf rayonlarda tarixi, mədəni, dini abidələr məhv edilir, qədim məscidlərin üzərlərindəki daş kitabələr dəyişdirilərək onların tarixi saxtalaşdırılır.
Ermənilər hətta XIX əsrdə Şuşada rus hərbçiləri üçün tikilmiş pravoslav kilsəsinin arxitekturasını dəyişərək özününküləşdiriblər. Beynəlxalq təşkilatların və onların rəhbərlərinin ünvanlarına göndərilən müraciətdə əsas məqsəd diqqəti ermənilərin vandal hərəkətlərinə yönəltmək, işğal altında olan ərazilərimizdə tarixi, mədəni abidələrmizin dağıdılmasına son qoymağa nail olmaqdır.
Cavid