• 30 Noyabr 2020
logo
“BİZ Hərəkatı müxalifət daxilində növbəti parçalanmanın əsasını qoydu” – Tural İsmayılov

“BİZ Hərəkatı müxalifət daxilində növbəti parçalanmanın əsasını qoydu” – Tural İsmayılov

“Müxalifət daxilində son günlər baş verən hadisələr növbəti parçalanmanın əyani təzahürüdür”. Bu fikirləri saytımıza açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov vurğulayıb.

“Qubad İbadoğlu tərəfindən yaradılan BİZ Təşəbbüs Qrupu müxalifətdə yeni narazılıqlarən əsasını qoyub. Son günlər Milli Şura daxilindəki qalmaqallar və iki qocaman siyasətçinin istefası Əlİ Kərimlinin ətrafının daralması ilə nəticələndi. Daha əvvəldən alovlanan Milli Şura (AXCP) – REAL davasını daha da ciddiləşdirdi. Təsəvvür edin ki, həftə ərzində AXCP-yə bağlı sosial media hesabları, AXCP trolları dayanmadan REAL rəhbərliyi, İlqar Məmmədov və Erkin Qədirli ilə bağlı ironik paylaşımlar edir. Son videogörüntü qalmaqalından sonra isə Müsavat Partiyası da Milli Şuradan üzrxahlıq tələb edir. Təsəvvür edin ki, bir neçə yaşlı adam, eks hakimiyyətyönlü deputatla qeybət xarakterli, siyasətçi imici ilə uzlaşmayan söhbətlər edir və söhbətlərində özlərindən başqa bütün digər müxalifətçilərə, siyasi kimliklərə hansı baxışla yanaşdıqlarını ortaya qoyurlar. Əli Kərimli tərəfindən nümayiş olunan avtoritarizm Milli Şura tərəfindən də mənimsənilib.”
Ekspert qeyd edib ki, BİZ Təşəbbüs Qrupunda Milli Şura üzvlərinin olmağı növbəti narazılığa səbəb ola bilər: “Əslində Milli Şura ilə bağlı yayılan son video da onların BİZ-ə qarşı münasibətini də ifşa etdi:
“BİZ-in təşəbbüsçülərindən biri də, keçmiş diplomat, AND Hərəkatı adlı Milli Şuraya bağlı olan bir təşkilat yaradan Arif Məmmədov kimi qalmaqallı adam da var. Qənimət Zahidə verdiyi bütün müsahibələrində demək olar ki, Əli Kərimliyə mədhiyyələr oxuyan bir adamın BİZ-də təmsil olunmağından heç Milli Şura rəhbərliyinin də xəbəri yox imiş. Qənimət Zahid də Arif Məmmədovun orada hələ müşahidəçi olacağını bildirdi. Ümumilikdə götürdükdə, BİZ siyasi hərəkatdan daha çox müzakirələrin aparıldığı bir klub təəssüratını yaradır. Maraqlıdır ki, təşkilatın ilk onlayn müzakirəsində də Qubad İbadoğlu siyasətçidən daha çox özünü moderator-jurnalist kimi aparırdı. Bütün hallarda BİZ Hərəkatının iclaslarına Arif Məmmədovun, AXCP-yə yaxınlığı ilə tanınan keçmiş müstəntiq Rüfət Səfərovun qatılmağı Milli Şura rəhbərliyi tərəfindən səssiz qarşılanmayacaq.”

BİZ müxalif cameədə yeni dedi-qoduların əsasını qoyacaq.