• 28 Noyabr 2020
logo
Bu gün gəncliyə geniş imkanlar, yollar açılıb

Bu gün gəncliyə geniş imkanlar, yollar açılıb

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində dövlətin sosial siyasəti, koronavirusla mübarizə sahəsində həyata keçirilən tədbirlər, ölkəmizin beynəlxalq miqyasda gördüyü işlər, dövlətin gənclər siyasəti, informasiya texnologiyaları və innovasiyaların tətbiqi və digər mühüm məsələlər barədə danışıb.
Prezident Azərbaycan gənclərinin ölkəmizin uğurlu inkişafında fəal rol oynadığına da toxunub.
Politoloq Mirsamir Məmmədov "Xalq Cəbhəsi" qəzetinə açıqlamasında bildirib ki, Prezident İlham Əliyev gənclərə böyük diqqət və qayğısı Azərbaycan gəncliyinə verilən dəyərdir: "Azərbaycanda gənclər siyasəti uğurla davam edir, bu gün gəncliyə geniş imkanlar, yollar açılıb. Prezidentimiz gənclərimizi yüksək vəzifələrə təyin edir, onlara böyük etimad göstərir. Bununla da Azərbaycan gəncləri ölkəmizin uğurlu inkişafında fəal rol oynayırlar. Sözün əsl mənasında ölkəmizdə gəncləşmə siyasəti aparılır".
Mirsamir Məmmədov qeyd edib ki, gənclər cəmiyyətimizin ən fəal təbəqəsidir və bu gün gənclərə geniş imkanlar yaradılır. Onlar bütün sahələrdə aktivdirlər. Gənclər təşkilatlarımız, DOST və ASAN xidmət mərkəzlətimizdə gənclərimiz üstünlük təşkil edirlər: "Pandemiya dönəmində könüllülərin fəallığını da unutmaq olmaz. Bu gün ölkənin regionlarında, ucqar bölgələrimizdə belə gənclərimizin fəallığı hiss olunur.
Məhz innovasiyaya olan maraq, gənclərin fəallığı, onların müasir bilikləri imkan verdi ki, Azərbaycan öz daxili intellektual resursları hesabına belə mərkəzləri yaratsın və digər ölkələrlə bu təcrübəni bölüşsün".
Bu gün Azərbaycan gəncliyi mübarizdir, dövlətini və dövlətçiliyini qorumaq iqtidarındadır: "İstər daxildə, istər xaricdə milli maraqlarımızı hər şeydən üstün tutan gənclik yetişib. Azərbaycan gəncliyi Prezident İlham Əliyevin siyasətini dəstəkləyir, bu siyasət sağlam gəncliyimizin yetişməsinə hesablanıb. Bu siyasət gənclərimizin vətənpərvər, mübariz yetişməsinə hesablanıb".

Cavid