• 1 Dekabr 2020
logo
Əbdülfəttah əs-Sisi Azərbaycan Prezidentinə təbrik göndərib

Əbdülfəttah əs-Sisi Azərbaycan Prezidentinə təbrik göndərib

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

Təbrikdə deyilir: “Zati-alinizə və Sizin timsalınızda dost xalqınıza ölkənizin milli bayramı – Respublika Günü münasibətilə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Mən bu gözəl fürsətdən istifadə edərək dost ölkələrimizin maraqları naminə ikitərəfli münasibətlərimizin bütün sahələrdə daha da inkişafını ürəkdən arzuladığımı bildirirəm.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, dost Azərbaycan xalqına rifah və tərəqqi arzulayıram”.